Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Dekabr

2014
17:34
`Newsweek`in `Nemesis`i və ABŞ-ın Yaxın Şərq layihəsi

ABŞ mətbuatının 2012-ci ildə "dünyanın ən təhlükəli adamı" adlandırdığı iranlı general Qasim Süleymani indi də "Newsweek" jurnalı tərəfindən "Nemesis" elan edilib. yəqin ki, buna da səbəb son dövrlər İraqda İŞİD işğalından azad edilən yer sayındakı artımda generalın adının tez-tez hallandırılmasıdır. 

FaktXəbər-in məlumatına görə, mənaca şans və xoşbəxtlik bəxş edən "Nemesis" kəlməsi, Yunan mifologiyasında təkəbbürlüləri və həyasızlıqları cəzalandıran amansız intiqam ilahəsi kimi tanınır.

Ancaq "Nemesis" sözü müasir İngilis dilində "əzəli düşmən", "can düşməni" kimi mənalarda istifadə edilir.

Maraqlıdır, necə oldu ki, bu qədər qorxulu bir düşmən qəfildən ABŞ-ın ən məşhur jurnalının üz qabğına çıxarıldı. Bunun üçün son 2 ildən Yaxın Şərqdə baş verən proseslərə diqqət etsək, yəqin hər şey ortaya çıxar.

Mifoloji mənası düşündükdə "Newsweek"in məqaləsininin başlığı İraqın Mosul vilayətini ələ keçirdikdən sonra xilafət elan edərək bütün regionu ələ keçirəcəyi ilə hədələyən İŞİD, təkəbbürün və ədəbsizliyin simvolu kimi göstərilir.

Ərbil və Bağdadın İŞİD hücumlarından qorunmasındakı; Əmirli, Curf əs-Sahar, Bici, Ceyla və Sadiyənin İŞİD işğalından azad edilməsindəki roluna görə isə Qasim Süleymanı "Nemesis" kimi xarakterizə olunur.

Qeud edək ki, İran, Livan, Suriya, İraq və Kürdüstan bölgəsindəki dostları arasında "Hacı Qasim" kimi tanınan general iki il əvvəl ABŞ mətbuatında "Dünyanın ən təhlükəli 15 adamı" sırasında yer alırdı.

Əslində generalın mübarizəsində dəyişiklik olmamasına baxmayaraq, iki il ərzində dünyanın ən təhlükəli adamı olmaqdan çıxarılıb "Nemesis"ə çevrilməsi ikiüzlülükdən qaynaqlanır.

1979-cu il inqilabından sonra İranda beynəlxalq imperializm "istiqbari cəhani" kəlməsi ilə ifadə edilir.

Qurana aid bir termin olan "istiqbar" "təkəbbür" və "hegemon" sözü ilə eyni mənanı ifadə edir və imperializmin təbiətinə uyğundur. İranın ABŞ ilə iki əlaqə qurmaması da onun "istikbar" təbiəti ilə izah olunur.

İran-ABŞ qarşıdurması və Hacı Qasim 

Amerika ilə İran arasındakı münaqişənin yalnız siyasi və ya iqtisadi sahəylə məhdud olmaması və münaqişənin hər iki tərəfin regional strateji dərinliklərində hərbi müstəvidə davam etməsi, ABŞ tərəfindən MKİ və Pentaqonun, İran tərəfində isə Qüds Ordusunun rolunu artırır.

Livan, Suriya, İraq, Əfqanıstan və bu günlərdə isə Yəmən döyüşməkdə olan İran ilə Amerikanın regiondakı ortaq strateji mübarizəsini kimi qarşıya çıxır.

ABŞ-ın 11 Sentyabr hadisəsindən sonra "hegemon" anlayışını ilə tam üst-üstə düşəcək şəkildə 2003-cü ildə BMT Təhlükəsizlik Şurasını da tapdalayaraq İraqı işğal etməsi və Böyük Yaxın Şərq layihəsi ilə bütün bölgəni yenidən tənzimləməyə cəhd göstərməsi iki tərəf arasında hələ də davam etməkdə olan "soyuq müharibəyə" səbəb oldu.

General Qasim Süleymani ABŞ-ın əvvəlcə Əfqanıstan, sonra da İraq səfiri olmuş Zalmay Halilzad tərəfindən yaxşı tanınan bir addır. Ancaq iki tərəfin ilk isti tanışlığı 11 yanvar 2007-cü ildə olub.

Belə ki, ABŞ-ın İraqdakı Xüsusi Əməliyyatlar komandanı general Stenli Mcchrystal İrandan Ərbilə gələn bir maşında İnqilab Mühafizəçiləri komandiri Məhəmməd Əli Cəfəri ilə Qasim Süleymaninin də olması məlumatını alır.

ABŞ əsgərlərinin basqın etdiyi Ərbildəki İran Konsulluğunda general Cəfəri və Süleymanı olmur. Ancaq bu vəziyyət Amerika əsgərlərini kəşfiyyat hesabatında bəhs olunan maşındakı beş iranlı diplomatı əsir almaqdan çəkindirmədi. Çünki general Mcchrystal 5 diplomatın "Qüds Ordusu" əməkdaşı olduğunu bildirərək, tutulmalarını əmr etmişdi.

Bu hadisədən qısa müddət sonra "Asaibul Əhli Haqq" adlı 9 və ya 11 nəfərlik könüllü qrupun Kərbəladakı ABŞ hərbi komandanlığının qərargahına hücum etdiyi və 5 Amerika əsgərini əsir aldığı, aparılan təqib əməliyyatında könüllülərin qaçdığı, ancaq 5 Amerika əsgərinin öldüyü bildirilir.

Bu əməliyyat ABŞ-ın 5 diplomatı əsir almasına Həcı Qasimin verdiyi cavab kimi şərh olundu.

ABŞ Ərbildə "Qüds Ordusu" komandanını ovlamağa çalışmışdı, amma İranın Bağdad səfiri Həsən Kazimi Qummi və Həsən Danayifer "Qüds Ordusu" heyətinə daxil idi və İraqdakı siyasi proseslərin ABŞ-ın əleyhinə formalaşmasında bu iki adın əhəmiyyətli rolu olmuşdu.

Livan və Suriyada müharibə

ABŞ və Həcı Qasimin İraqda başlayan "soyuq müharibə"si 2004-cü ildən etibarən Livanda, 2011-ci ildən isə Suriyada davam etdi.

ABŞ İraq işğalına qarşı çıxan Fransa ilə birlikdə 2004-cü ildə Suriya ordusunun Livandan çıxarılmasını və Hizbullahın tərksilah edilməsini nəzərdə tutan 1559 saylı BMT qərarını çıxardı.

2005-ci ildə Livanın keçmiş baş naziri Rəfiq Həririnin öldürülməsindən məsul olan Suriya Livandan çəkilməyə məcbur edildi və beləcə Hizbullahın təklənməsi hədəfləndi.

Dövrün ABŞ Xarici İşlər naziri Condoleezza Rays 2006-cı ildəki Livan müharibəsini "Yeni Yaxın Şərq"in inşası kimi qiymətləndirdi.

2006-cı ildə müharibə ilə Hizbullahın hərbi infrastrukturunun çökdürülməsi, İsrailin Livanda Litani çayına qədər bir bufer zonası yaradılması və Hizbullahın tərksilah edilməsi məqsədi güdülmüşdü. Amma hər şey hesablanan kimi olmadı və müharibədə Hizbullahın qələbəsi Raysın bəhs etdiyi "Yeni Yaxın Şərq"in qurulmasına mane oldu.

Belə bir hədəf 2008-ci ilin sonunda Qəzza üçün də nəzərdə tutulmuşdu. Ancaq 22 günlük ağır bombardmana baxmayaraq, Qəzzada da Fələstin müqavimətinin hərbi infrastrukturu çökmədi.

İraqdakı siyasi proseslərin ABŞ-ın əleyhinə formalaşmasından və Livan ilə Fələstin qiyamlarının çökdürülməsinin arxasında Suriya rəhbərliyi ilə birlikdə müqavimət xəttini gücləndirən general Qasim Süleymanin olduğu bildirildi.

Ərəb Baharı və Yeni Yaxın Şərq

İraq işğalından sonra sözügedən Böyük Yaxın Şərq layihəsi İraqda, Livanda, Fələstində uğursuz oldu, nəzərdə tutulan Yeni Yaxın Şərq ən azından bu üç bölgədə müqavimət xəttinin xeyrinə formalaşmağa başladı. O cümlədən;

1- ABŞ İraqda Əyad Əllavinin baş nazirliyi altında "uzunmüddətli strateji əməkdaşlıq" sazişinə imza atmaq siyasi hakimiyyət qura bilmədi; 11 dekabr 2011-ci ildə bir hərbi baza da əldə etməyərək, İraqdan çəkildi.

 2- 2005-ci ildə təklənməyə çalışılan və Livandan çıxarılan Suriya, Livan və Fələstində Səudiyyənin "Sin-sin formulu" çərçivəsində əməkdaşlıq qurmağa çalışdığı əvəzolunmaz bir tərəf halına gəldi.

 3- Fələstində müzakirə tezisini müdafiə edən Əl-Fəth zəiflədi, müqavimət xəttini müdafiə edən Həmas iqtidar oldu.

 4- 2005-ci ilə qədər hökumətə daxil olmağa əhəmiyyət verməyən Hizbullah Livanda hökumətin də, prezidentin da seçilməsində ən həlledici siyasi qrup halına gəldi.

 5- Rəsmi sərhədi olmayan İsrail müqavimətin apardığı mübarizə ilə faktiki olaraq əhatəyə alınd.

Ancaq 2011-ci ilin mart ayından etibarən Suriyanı da ağuşuna alan "Ərəb Baharı" beynəlxalq və regional oyunçuların müdaxilələri ilə Böyük Yaxın Şərq layihəsində nəzərdə tutulan nəticələr yaratmağa başladı.

Müqaviməti Suriya, İraq və Livanda müdafiə mövqeyinə sürükləyən bu yeni konyuktura çərçivəsində 2012-ci ilin iyulunda Suriya rəhbərliyini bir neçə həftədə devirməyi hədəfləyən müharibə başlandı.

Ancaq bu müharibədəki uğursuzluğa görə 2013-cü ilin  sentyabrından etibarən Suriyada nəzarətdən çıxan, 2014-cü ilin iyunundan etibarən İraqda da problem yaratmağa başladı.

"Newsweek"ə açıqlama verən İraqın keçmiş Milli Təhlükəsizlik müşaviri Müvəffəq Rubaiə belə deyir: "Mosul ələ keçiriləndən üç gün sonra İraqın köməyinə qaçan kim oldu? Amerikalılar deyildi. Onlar üç ay sonra bir vətəndaşlarının başı kəsildikdən sonra hava hücumu ediblər. Bağdad və Ərbil işğalnını qarşısını İran aldı".

"Newsweek"in xəbərində həmçinin bildirilir ki, İran elə ilk həftələrdən İraqda Rusiya istehsalı olan 88 ədəd "Su" təyyarəsi və İraq silahlı qüvvələrinə təlim vermək üçün ən görkəmli döyüşçülər göndərib.

Müvəffəq Rubaiənin verdiyi məlumatlar Kürdüstan rəhbəri Məsud Bərzaninin İran prezidenti Həsən Ruhaniyə təşəkkür mektubu və "Qüds Ordusu"nun Ceyla və Sadiynin azad edilməsindəki roluna görə İrana təşəkkür etmesi ilə də təsdiqlənir.

ABŞ mətbuatının 2012-ci ildə "dünyanın ən təhlükəli adamı" kimi gördüyü Həcı Qasim 2014-cü ildə  Yunan mifologiyasında mənası ilə "Nemesis" elan etməsi, ortadakı iki illik dəyişikliklərlə bilavasitə bağlıdır. Bununla yanaşı ortadakı iki illik dəyişikliyə baxmayaraq, Qasim Süleymaninin "can düşməni" (nemesis) kimi görülməsinə davam edilməsi də öz növbəsində son dərəcə maraqlıdır.

Başda general Süleymani olmaqla İranlı rəsmilər isə ABŞ rəhbərliyindəki beynəlxalq koalisiyanın İŞİD-lə mübarizəsini ciddi qəbul etmirlər. İran Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Əli Şamxani İraqda Əmirli, Curf əs-Sahar, Bici, Ceyla və Sadiynin bir neçə gün ərzində İŞİD-dən təmizləndiyini, ancaq koalisiya təyyarələrinin bir aydır bombaladığı Kobaninin hələ də İŞİD-in nəzarətində olduğuna diqqət çəkərək, ABŞ-ı qeyri-səmimiliklə günahlandırır.

Suriyada İŞİD-i təhdid kimi görməyən ABŞ-ın bu təşkilatı Səudiyyə Ərəbistanı, İordaniya və Kürdüstan bölgəsinə təhdid olmayacaq şəkildə yaşatmaq niyyətini təsdiqləyəcək çoxlu sayda dəlil gətirmək mümkündür.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
68454

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
65877

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
67679

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
67031

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
72496

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
66754

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
67098
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-03-2021 08:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru