Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Dekabr

2014
11:30
`Qərb mediası müsəlmanları terrorçu kimi təqdim edir`

“Müsəlman ölkələrindəki jurnalistlər düzgün, obyektiv informasiya yaymaqla, İslam ölkələrinin məqsədlərinə çatmasında yardımçı ola bilərlər. Müasir dövrdə informasiyanın doğru-dürüst çatdırılması əsas amildir”. Bunu Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov İRNA-ya açıqlamasında deyib.

Tehranda keçirilən İslam ölkələrinin informasiya nazirlərinin 10-cu iclasında iştirak edən Ə. Həsənov iclasda müsəlman ölkələrinin bu məsələdə ortaq məxrəcə gələcəklərinə ümidini ifadə edib: “Düşünürəm ki, müsəlman ölkələrində jurnalistlər birləşə və ortaq mövqe nümayiş etdirə bilərlər”.

O,Qərb mediasının bu gün müsəlmanları bir sıra hallarda terrorçu kimi təqdim etdiyini deyib: “Bunun nümunəsini Suriya, Misir və İraqda görürük. İnsanlara həqiqətləri çatdırmaq lazımdır. Ümid edirəm ki, bu iclas İslam dünyası KİV-i arasında həmrəyliyin güclənməsinə, onların vahid koordinasiya mərkəzinin yaradılmasına yardımçı olacaq”.

Qeyd edək ki, bu gün Tehranda “İslam dünyasında sülh və sabitliyin təmini üçün KİV-in yaxınlaşması” adı altında İslam ölkələrinin informasiya nazirlərinin 10-cu iclası başlayıb. İki gün davam edəcək iclasa 57 müsəlman ölkəsindən nümayəndə qatılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

27

May
16:40
BÖLMƏNİ DÜZ SEÇ!
238

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
331

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
311
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 10:59





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru