Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Dekabr

2014
11:09
`İntihar körpü`sünə çıxan şəxsin anası: Oğlumu polis öldürüb - VİDEO

“Koroğlu” metrosu ətrafında yaşanan gərginlik eyni adlı körpüdən 34 yaşlı Zamiq İbrahimovun özünü atmağa cəhd etməsi səbəbindən yarandı.

Bir neçə saat yarıçılpaq vəziyyətdə Koroğlu körpüsünün üzərində dayanaraq canına qəsd edəcəyini deyən Zamiq Fövqəladə Hallar Nazirliyinin xüsusi xilas etmə qrupunun onunla danışıqlarından sonra fikrindən daşındı. 

Özünü atmaq cəhd edən Zamiq İbrahimov xüsusi kran vasitəsilə körpüdən aşağı endirildi.

Avtomobil vasitəsilə dərhal ərazidən uzaqlaşdırılan Zamiqin anasından onun intahara cəhd etməsinin səbəbini yalnız bu cür öyrənə bildik.

Ananın dediyinə görə, Zamiqin intihara cəhd etməsinin səbəbi onun digər oğlunun polis işçisi tərəfindən öldürülməsi və cinayət işinin düzgün araşdırılmamasıdır.

34 yaşlı Zamiq İbrahimov eyni problemə görə hələ 20 gün öncədən Koroğlu körpüsünə çıxaraq intahara cəhd etmişdi. Səbəbini isə belə əsaslandırmışdı ki, bir müddət əvvəl yol qəzasından həlak olan qardaşının cinayət işi hüquq-mühafizə orqanları tərəfindən düzgün araşdırılmır.

Bu isə ümumilikdə birinci belə hadisə deyil. İl ərzində bir neçə nəfər "Koroğlu" körpüsünün üzərinə çıxaraq intahara cəhd edib. Onlar bəlkə də bunu bir təhdid üsulu seçərək problemlərinin həll ediləcəyini düşünürlər. Amma qəbul edilmiş qərara əsasən bu cür təhdid vasitəsinə əl atanlar inzibati qaydada cəzalandırılacaq. Həm də gəlin unutmayaq ki, Koroğlu tarixə adını igid kimi yazdırıb, indi onun adını daşıyan körpüyə çıxaraq zəiflik nümayiş etdirmək igidlikdən deyil./ans

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3904

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2811

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2252

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1897
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 20:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru