Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Dekabr

2014
09:06
Bakı metrosunda QƏRİBƏ YENİLİK
Bu nə yeni qatar deyil, nə də vaqonlarda kondisioner...

Bakı metrosunda maraqlı yenilik tətbiq olunur. Bu nə yeni qatar deyil, nə də vaqonlarda kondisioner... Metronun stansiyalarında qoluzorlu bir neçə gənc qoyulub. Onlar pik saatlarda sərnişinlərin vaqonlara minməsinə "köməklik" edirlər. Onlar sərnişinlərin qapıdan içəri presləyir, hətta onlara acıqlanmaqdan belə çəkinmirlər.

Maraqlıdır, metropolitendə "yeni kadr"lara hansı zərurətdən ehtiyac yarandı? Niyə sərnişin sıxlığının qarşısını almaq üçün qatarlar yox, onları vaqona itələyən əzələlər gətirilir?

"Bakımetropoliteni"nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Milli.Az-a açıqlamasında bildirdi ki, əslində metroda olan həmin adamlar yeni ştat deyil. Uzun illərdir fəaliyyət göstərən stansiyanın əməkdaşlarıdırlar. Metro rəsmisinin sözlərinə görə, stansiyaların zəhmətkeş insanları sərnişinlərin sıx olduğu zamanlarda onların hərəkətini nizamlayırlar. Həmin vəzifənin adı istehsalat texniki məsələlər üzrə müfəttişdir. Vəzifələri sərnişin axınını istər giriş-çıxışlarda, istərsə də platformada nizamlamaq, metropolitendən istifadə qaydalarına əməl etdirmək, eyni zamanda fövqəladə hadisələr zamanı təxliyə tədbirlərini təşkil etməkdir.

Tokio və Pekin metrolarında pik saatlarda sərnişinləri vaqonlara itələyib salan xüsusi əməkdaşlar var. Onlara "kikker" deyirlər. Vəzifələri basabas zamanı vaqona daxil olmaq istəyən, ancaq buna gücü çatmayan insanlara təkan verməkdir.

Avropa şəhərlərinin metrolarında isə hərəkət elə nizamlanır ki, nə basabas olur, nə də təkanverənlərə zərurət yaranır. Yəni Avropada problemi aradan qaldırmaqla yox, problemin yaranmasına imkan verməməklə həll edir. Əcaba, bəs bizim Bakı metrosu hansı yolu seçib...

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

23

Aprel
10:24
İQTİSADİYYAT
175

Növbəti buraxılış imtahanları keçirilir

23

Aprel
09:37
ELM / TƏHSİL
496

Neft yenidən bahalaşıb

23

Aprel
09:25
İQTİSADİYYAT
345

AMB-nin valyuta məzənnələri

23

Aprel
09:11
İQTİSADİYYAT
315

Ramazan ayının 10-cu gününün duası - AUDİO

22

Aprel
20:30
MƏNƏVİYYAT
236

Sağalanların sayı yoluxanları keçdi

22

Aprel
18:04
ÖLKƏ
307

DİN əhaliyə müraciət etdi

22

Aprel
16:43
HÜQUQ,HADİSƏ
293

Sabaha gözlənilən hava açıqlandı

22

Aprel
13:30
ÖLKƏ
343
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 11:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru