Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Dekabr

2014
11:45
Bakıda təhqir olunan polis: “Mənə ermənisən dedi” - FOTO

Noyabrın 24-də Bakıda yol polisi ilə sürücü arasında yaranan narazılıq sonradan böyük qalmaqala çevrilib. 

Hadisə saat 14 radələrində Əhməd Cavad küçəsilə Zərgərpalan küçəsində baş verib. İnsident zamanı vətəndaş yol polisi zabitini təhqir edib. Yol polisi də öz növbəsində həmin vətəndaş barəsində hüquq-mühafizə orqanlarına şikayət edib.

Baş verən insidentlə bağlı Baş Dövlət Yol Polisi İdarəsi Dövlət Yol Polisi İdarəsinin tağım komandiri, polis kapitanı Natiq Bahadur oğlu Mövlayev ANS PRESS-ə açıqlamasında baş verən hadisə barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, qayda pozan sürücünün atası onu təhqir edib.

Belə ki, 1989-cu il təvəllüdlü Zaur Azad oğlu Əliyev idarə etdiyi “Wolskfagen” markalı, 10 VT 008 nömrə nişanlı avtomobili qadağan edilmiş yerdə saxlayıb. Bununla bağlı yol polisi əməkdaşı sürücüyə xəbərdarlıq edib. Lakin sürücü yol polisinin xəbərdarlığına məhəl qoymayıb və maşını yerindən tərpətməyib. Uzun mübahisədən sonra yol polisi sürücünün vəsiqəsini tələb edib. Sürücü isə polisin tələbinə də məhl qoymayıb və atasına zəng vurub.

Hadisə yerinə sürücünün atası 1957-ci il təvəllüdlü Azad Məlikməmməd oğlu Əliyev gəlib. O, yol polisinə deyib ki, həmin yerdə yaşayırlar və maşını yerindən tərpətməyəcəklər. Yol polisi isə həmin şəxsədən vəsiqəsini tələb etdikdə təhqirlə üzləşib.

“Gələn kimi qışqıra-qışqıra dedi ki, bu mənim oğlumdur. Sən məni tanımıran. Sənin başına oyun açacam. Get işinlə məşğul ol. Bizim hüzürümüz var. Maşını da yer olmadığı üçün burda saxlamışıq. Məndə dedim ki, maşının saxlanması piyadaların hərəkətinə mane olur. Kişi də əvəzində məni təhqir etdi. Ermənisiniz, müsəlman deyilsiniz dedi. Nə bilirsən elə. Yol polisisən, uzağı cərimə yazacaqsan. Əlindən nə gəlir elə dedi. Mənd ə, dedim ki, mənə dediyiniz erməni kəlməsini sizə yedizdirəcəyəm”, - deyə Natiq Mövlayev bildirib.

Bu səbəbdən də, Natiq Mövlayev onu təhqir edən Azad Əliyev barəsində Səbail rayon Prokurorluğuna şikayət edib. Yol polisi deyir ki, həmin şəxs barəsində ona bir çox vəzifəli şəxs müraciət edib. Onlar yol polisinin şikayətini geri götürməsini istəyiblər. Lakin Natiq Mövlayev insanların içində ona “erməni” deyən şəxsin cəzalandırılmasını istəyir.

“Mən həmin sürücünün sənədlərini də aldım. Maşını cərimə meydançasına göndərdim. Onun barəsində protokol da tərtib etdim. Adam Allaha xatir düz deməlidir. Sürücü mənə kobud heç nə demədi. Lakin atası məni təhqir etdi. Onun barəsində lazımı tədbir görülməlidir”.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3898

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2811

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2247

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1897
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 20:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru