Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Dekabr

2014
22:25
1836
`Qarabağ` qrupdan çıxsa...
Çempionlar Liqası və Avropa Liqasının püşkatma mərasiminin tarixi açıqlanıb

Çempionlar Liqası və Avropa Liqasının növbəti mərhələsinin püşkatma mərasiminin tarixi açıqlanıb.

Püşkatma dekabrın 15-də İsveçrənin Nyon şəhərində keçiriləcək.

Əvvəlcə Çempionlar Liqasının 1/8 final mərhələsinin müşkü atılacaq. Mərasim Bakı vaxtı ilə saat 15.00-da başlayacaq. Bundan bir saat sonra isə Avropa Liqasının 1/16 final mərhələsinin püşkü atılacaq.

Çempionlar Liqasının 1/8 final mərhələsində 16 komanda iştirak edəcək. Qrupda ilk iki pilləni tutan komandaların mübarizə aparacağı mərhələnin ilk oyunları 17, 18, 24 və 25 fevral, cavab matçları 10, 11, 17 və 18 mart tarixlərində keçiriləcək. Artıq 1/8 final mərhələsinə qatılacaq 11 komanda müəyyənləşib: "Real", "Barselona", "Atletiko" (hamısı İspaniya), "Bayer", "Borussiya (Dortmund), "Bavariya" (hamısı Almaniya), "Çelsi", "Arsenal", (ikisi də İngiltərə), PSJ (Fransa), "Portu" (Portuqaliya), "Şaxtyor" (Ukrayna). Qalan 4 komanda son turda müəyyənləşəcək.

Avropa Liqasının 1/16 final mərhələsində irsə 32 komanda mübarizə aparacaq. 12 qrupda ilk iki pilləni tutan 24 komandaya Çempionlar Liqasında qrup üçüncüsü olmuş 8 klub qoşulacaq. Mərhələnin ilk oyunları fevralın 19-da, cavab qarşılaşmaları 26-da keçiriləcək. Avropa Liqasının 5 turunda 14 komandanın 1/16 finala çıxacağı dəqiqləşib: "İnter", "Napoli", "Fiorentina" (hamısı İtaliya), "Beşiktaş", "Trabzonspor" (ikisi də Türkiyə), "Tottenhem", "Everton" (ikisi də İngiltərə), PSV, "Feyenoord" (ikisi də Hollandiya), "Zalsburq" (Avstriya), "Seltik" (Şotlandiya), "Dinamo" (Moskva, Rusiya), Dinamo (Kiyev, Ukrayna), "Legiya" (Polşa). "Anderlext"in (Belçika) Çempionlar Liqasında qrupu üçüncü pillədə bitirəcəyi dəqiqləşib. 1/16 finalın qalan 17 iştirakçısı (Avropa Liqası 10, Çempionlar Liqası 7) son turda müəyyənləşəcək.

Qeyd edək ki, Avropa Liqasının 1/16 final mərhələsinin iştirakçıları arasında "Qarabağ" da ola bilər. Bunun üçün Ağdam təmsilçisi qrup mərhələsinin son oyununda evdə İtaliya "İnter"inə qalib gəlməlidi. Bakıdakı görüşdə heç-heçə olacağı təqdirdə "Qarabağ" qrupun digər oyunu - "Dnepr" (Ukrayna) - "Sent-Etyen" (Fransa) matçının nəticəsini gözləməli olacaq. Əgər həmin görüşdə də bərabərlik qeydə alınarsa, o zaman qrup ikincisi kimi məhz son Azərbaycan çempionu 1/16 finala adlayacaq.

"Qarabağ" 1/16 finala çıxsa, püşk zamanı ikinci səbətdə qərarlaşacaq. Belədə Qurban Qurbanovun komandası 1-ci səbətdə yer alacaq nisbətən güclü rəqiblə üz-üzə gələcək. Reqlamentə əsasən Ağdam təmsilçisi qrup mərhələsində İtaliya "İnter"i ilə mübarizə apardığından 1/16 finalda həmin komandayla qarşılaşa bilməyəcək. (ans)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
72

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1339
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 04:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru