Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Noyabr

2014
12:43
1316
Qarabağ əlilləri üçün ŞAD XƏBƏR

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev bildirib.

Ç. Əliyevin sözlərinə görə, dövlət başçısının sərəncamına əsasən, 5731 ailənin 2018-ci ilə qədər mərhələlərlə mənzillə təmin olunması nəzərdə tutulur. Onlar Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Xırdalan şəhərlərində binalarda, rayonlarda isə fərdi evlər tikilməklə mənzillə təmin olunacaqlar.

«Bu ildən dövlət başçısının sərəncamının icrasına başlanılıb. Artıq 52 rayonda 353 fərdi evin tikintisinə start verilib», - deyə nazirlik rəsmisi vurğulayıb.

Ç. Əliyev Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatında yeni metodun tətbiqinə başlandığını da qeyd edib. Onun sözlərinə görə, cari ildə ayrılmış vəsait hesabına əlillər üçün ayrıca binaların inşasına deyil, müxtəlif yerlərdə, müxtəlif yaşayış binalarında onlar üçün mənzillərin satın alınması prosesinə başlanılıb: «Məqsəd odur ki, əlilləri bir binada yerləşdirib, cəmiyyətin başqa üzvlərindən ayırmayaq, onların digər vətəndaşlar kimi cəmiyyətə inteqrasiyasına nail olaq»./apa

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
614

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1163
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 23:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru