Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Noyabr

2014
12:19
Türkiyə İŞİD-i tanklarla təmin edir - VİDEO

Suriya/ Suriyanın Kobani şəhərində artıq 2 aydan çoxdur ki, özünümüdafi bölmələri İŞİD terrorçuları ilə mübarizə aparır. Qərb ölkələri bu ölkədəki humanitar fəlakətə və dinc sakinlərin qətlinə göz yumurlar, qonşu Türkiyə isə yaraqlılardan öz mənfeyi üçün istifadə edir, onları silahla təchiz edir.

FaktXəbər-in verdiyi məlumata görə, "Tsarqrad" telekanalı Yaxın Şərqin  qaynar nöqtələrindən reportaj hazırlayıb. Həmin reportajı sizlərə təqdim edirik.

«Türkiyə nə humanitar, nə də tibbi yardıma imkan vermir. Gözümün qarşısında 7 nəfər sərhəddən buraxılmadıqları üçün öldürüldü», - deyə sakinlərdən  biri bildirib.

Reportyor Türkiyənin bu mövqeyini hazırda Suriyanın qanuni prezidenti Bəşşar Əsədə qarşı kəskin müharibə aparan Azad Suriya Ordusunu yaratmaqla əlaqələndirib. ABŞ tərəfindən «mötədil suriya müxalifəti» adlandırılan bu qrupun əsas təlim düşərgələri Siruc şəhərinin kənarından yerləşir. Bu qrup öz növbəsində Türkiyə və İŞİD arasında vasitəçi rolunu oynayan  «Müsəlman Qardaşlar»la sıx əlaqədədir. Bu gün Türkiyə Suriya məsələsini həll etmək üçün Kobani şəhərini mühasirədə saxlamaqla praktiki olaraq İŞİD-dən istifadə edir.

«Mən Türkiyə ilə sərhəddə döyüşün şahidi olmuşam. O zaman başından snayper gülləsi almış 10 nəfər hospitala gətirilmişdi. Bütün yaralar sağ istiqamətdə idi. Yəni atəş Türkiyə tərəfdən açıla bilərdi», - deyə Suriya qaçqını bildirir.

Qaçqınlar açıq şəkildə bildirirlər ki, Türkiyə İŞİD-i silahla təchiz edir, hətta hazırda şəhərdə müharibə aparanlara tanklar veriblər.

Türkiyə hökuməti isə öz növbəsində ölkədə kürdlərin kütləvi etirazından sonra sərhəddə blokadanı zəiflətdilər. Bununla belə türk polisi 42 nümayişçini qətlə yetirmişdi. Maraqlıdır ki, Avropa və ABŞ Siruc şəhərinin humanitar fəlakət bölgəsini çevrilməsində olduğu kimi, dinc kürdlərin öldürülməsi faktını da «görmədilər».

«Biz artıq neçə aylardır ki, burada oturaraq nəyi isə gözləyirik. Humanitar yardım almaq üçün ilk öncə Türkiyə hökumətində qeydiyyatdan keçməlisən. Buradakı növbəni isə yəqin ki, siz də görürsünüz. Tibb yardım barədə isə danışmağa belə dəyməz»,- deyə digər qaçqın bildirir.

Bu gün qonşu Suriyadan Türkiyəyə 400000 çox qaçqın gəlib. Onların əksəriyyəti kürdlərdir, ancaq qərb bölgəsində yaşayan xristianlar da var. Türkiyəyə bu məsələnin belə baha başa gəlməsinə səbəb isə, öz torpağında Azad Suriya Ordusunu yetişdirməsidir.

«Bəşşar Əsədə qarşı çıxışlar başlayana qədər bizim hamımız mehriban şəkildə bir yerdə yaşayırdıq. İlk narazılıq kürdllərin öz milliyətini milli sənədə qeyd edə bilməməsindən başladı. Halbuki bizim öz universitetlərimiz, şəhərlərimiz var idi. Bu gün isə milyonlarla kürdün ümumiyyətlə heç nəyi, nə şəhəri, nə vətəndaşlığı yoxdur. Suriya pasportunun sadəcə bir kağız parçasına çevrilməsində biz günahkarıq. Öz əllərimizlə doğma vətənimimizi məhv elədik…», - deyə Suriyalı qaçqın bildirib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Şərhlər
Saddam tərəfindən 29-11-2014 12:15:01 tarixində yazıldı
Birinci evin içi,sonra çölü
Anlaya bilmədim,bu informasiyadan...Kişilər birinci evin içi,sonra çölü prinsipi ilə hərəkət edirlər.Özü də ki,qaçqın da axırda boynuna aldı ki, əməllərimizə görə aldığımız paydır.Necə yəni,Türkiyə imkan verməlidir bu 400min qaçqın Suriyada elədiklərini bir gün də Türkiyədə təkrar etsinlər.Görünür məqalə müəllifi türklərdən yanıqlıdır,türklərin arasında yaşasa da...İnanmıram ki,türk türk haqqında belə yazı dərc edər..
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2018 15:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com