Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Noyabr

2014
16:41
Ermənistanda dövlət çevrilişi: KÖÇƏRYAN HAKİMİYYƏTƏ GƏLİR

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan və "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Sarukyan ilə Cenevrədə gizli görüş keçirib. Bu barədə "Joxovurd" qəzeti məlumat yayıb.

Qəzet yazır ki, görüş təxminən iki həftə əvvəl baş tutub. Ermənistanın daxili siyasət həyatında son hadisələr görüşün hədəfi və müzakirələrin əsas mövzusu idi. 

Qaqik Sarukyanın mətbuat katibi İveta Tonoyan bu faktı təsdiq etməyib və deyib ki, bu görüş haqqında bizdə informasiya yoxdur.

Robert Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan məlumatı dəqiqləşdirməyə və qəzetin sualına cavab verməyə söz versə də, sonda dolayısı ilə görüşün baş tutduğuna ehyam vurub: "Əgər görüş haqqında xəbər onun şərhi olmadan dərc ediləcəksə, buna qarşı deyiləm."

Yerli ekspertlərin və hakimiyyət nümayəndələrinin fikrincə, bu görüş ölkədə çevriliş cəhdinə yönəlib. Həmçinin Ermənistanın indiki prezidenti Serj Sarkisyanın hakimiyyətdən devrilməsi üçün təşkil olunub: "Bu, Koçaryanın indiki məsləkdaşı Sarkisyanın ayağını qazması anlamına gəlir." (ANS)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54076

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52194

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53634

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53374

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58723

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52999

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53398
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-11-2020 06:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru