Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Noyabr

2014
15:23
Təhsil Problemləri İnstitutunun loqosunun təqdimatı keçirilib

Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda (TPI)  institutun loqosunun təqdimetmə mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan institutun direktoru hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov öncə bu il ərzində institutda aparılan islahatlar və yeniliklər barədə məlumat verib. O bildirib ki, Təhsil Nazirliyinin institut qarşısında qoyduğu tapşırıqlar zamanında baxılaraq araşdırılır və müzakirə olunur. Nəticədə TPİ-də görülən işlərin Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının hədəflərinin gerçəkləşdirilməsində institutun fəaliyyətini qənaətbəxş hesab edib. 

Daha sonra Qulu Novruzov TPİ-nin gələcək fəaliyyət planı və görüləcək işlər barədə danışıb. Nəhayət institutun loqosunun  yaranması münasibəti ilə  kollektivi təbrik etdi.  Natiq institutun yeni struktur dəyişiklikləri barədə məlumat  verdi və loqonun yaradılmasının  zərurəti barədə danışdı. İnstitutun  loqosunun  yaradılmasını rəhbərlik etdiyi təhsil ocağında  görülən işlərin növbəti uğuru kimi qiymətləndirdi. 

Loqonun elementləri barədə məlumatı qonaqlara açıqlamaq üçün sözü   institutun Təhsil Texnologiyaları Mərkəzinin direktoru Muxtar Həsənova verdi. O loqonun başlıca xüsusiyyətləri barədə təqdimat edərək  bildirdi ki, Təhsil Problemləri İnstitutunun loqosu təmsil etdiyi müəssisənin tam şəkildə əks etdirən bir neçə elementlərə malikdir. Qeyd olunub ki, pero – yaradıcılıq, tədqiqat, elmi zəhməti, kitab – tədqiqatın, yaradıcılığın əsası kimi informasiya mənbəyini,  məzun papağı – elmli, kamil, yetkin və papaq daşıyaraq qeyrətli insan obrazını, 8 güşəli ulduz-dövlətçilik və millilik atributunu özündə əks etdirir.  

Tədbirin ikinci hissəsində İnstitutun əməkdaşlarının  Qazaxıstan  respublikasına səfərinin hesabatı dinlənildi.  

Təqdimetmə mərasimində Təhsil Problemləri İnstitutunun direktor müavinləri, elmi məsləhətçiləri, şöbə müdirləri, institutun əməkdaşları və mətbuat nümayəndələri iştirak edirdilər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
423

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
362

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
337
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 18:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru