Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Noyabr

2014
11:33
2895
“Qarabağda müharibə başlaya bilər” – VİDEO

Britaniyalı jurnalist və yazar, Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis Tomas de Vaal Azərbaycanın Ermənistana məxsus təyyarəni vurması və bunun fonunda cəbhədə artan gərginliyi şərh edib. 

“Qafqazinfo” xəbər verir ki, ekspert Türkiyənin NTV telekanalına müsahibəsində Qarabağda atəşkəs xəttində yol verilən bir səhvin hər an bir müharibəyə səbəb ola biləcəyini deyib: “Azərbaycan daxili siyasətə yönələn Dağlıq Qarabağ kartını oynaya bilər. Kiçik bir əməliyyat planlaşdıra bilər. Ermənilər reaksiya verə və bir an atışma mühiti yarana bilər. Əgər belə bir şey olarsa, böyük güclərini ortaya girərək təzyiqi aşağı salmaları zaman alacaq. Bu zaman kəsimində isə ciddi bir çöküş yaşana bilər. Avropa, ABŞ və Rusiya bu gərginliyin nəzarət altında olduğunu düşünərək həll üçün bir mənbə tapmır. Lakin vəziyyət pisləşərsə ortaya atılmaq məcburiyyətində qalacaqlar. Axı niyə indidən həmin mənbələr ortaya qoyulamasın?”.

Britaniyalı jurnalist Qarabağa sülh gücləri göndərilərsə, bu yolla hərbi gərginliyin azala biləcəyini deyib. Onun sözlərinə görə, Türkiyə bu prosesdə önəmli rol oynaya bilərdi, lakin Ermənistanla diplomatik əlaqələrinin olmaması bu rolu oynaya bilməsinə əngəl yaradır.

Media Təqib Mərkəzinə istinadən De Vaalın videomüsahibəsini təqdim edirik:

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
16

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
88
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 18:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru