Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Noyabr

2014
18:49
2281
Bakıda “X5”-in sürücüsü polisi nazirliyin qarşısında döydü

Bakıda sürücü yol polisi əməkdaşına qarşı kobudluq edib.

Lent.az-ın məlumatına görə, bu barədə kobudluqla üzləşən yol polisi inspektoru, polis serjantı Mahmudov Elnur Emin oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə yazdığı raportda bildirib.

E.Mahmudov qeyd edib ki, Azərbaycan prospekti 7 ünvanında (Daxili İşlər Nazirliyinin əsas binasının qarşısında) xidməti vəzifəsini yerinə yetirərkən “BMW X5” markalı, 10 FK 347 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə nəqliyyat vasitəsini qadağan olunmuş yerdə saxladığı üçün xəbərdarlıq edib. Lakin avtomobilin sürücüsü yol polisi əməkdaşının iradına məhəl qoymayıb. Bundan sonra E.Mahmudov həmin vətəndaşa yenidən xəbərdarlıq edib və protokol yazıb. Sürücü isə buna etiraz edib və yol polisinə qarşı kobudluq edib. Şikayətçi polis əməkdaşı bildirib ki, həmin sürücü onu kəmərindən tutaraq itələyib və yerə yıxıb.

Araşdırmalardan sonra məlum olub ki, yol polisinə qarşı kobudluq edən şəxs Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuş, 1972-ci il təvəllüdlü Kərimov Kərimağa Tacəddin oğludur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
116

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
143

Klublarımızın yay transferləri

23

Avqust
11:32
İDMAN
90

Hacıqabulda mikroavtobus qəzaya düşdü - 8 yaralı

23

Avqust
11:07
HÜQUQ,HADİSƏ
97

Bağdadi öz varisini təyin edir

23

Avqust
10:59
DÜNYA
165

Rusiyanın cənubunda ölümcül xəstəliklər yayılıb

23

Avqust
10:39
AİLƏ, SAĞLAMLIQ
107

DİM abituriyentlərə müraciət edib

23

Avqust
09:50
ELM / TƏHSİL
139
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 13:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru