Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Noyabr

2014
14:54
631
Sürücülərin nəzərinə: Piyadaların üzərinə su sıçradan cəzalanacaq

“Piyadalar həmin sürücü barədə məlumatı əldə edərək polisə müraciət edə bilərlər”.

Baş Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar piyadaların üzərinə su sıçradan sürücülərə xəbərdarlıq edib.

BDYPİ-nin İctimai Əlaqələr Şöbəsinin rəisi, polkovnik Kamran Əliyev bildirib ki, yağışlı hava şəraiti ilə əlaqədar qəsdən piyadanın üzərinə su sıçradan sürücülər cəzalanacaq.

K.Əliyev qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 155.1.5 maddəsinə əsasən su və ya palçığı yolda piyadaların və nəqliyyat vasitələrinin üzərinə qəsdən sıçradan sürücülər 40 AZN məbləğində cərimə olunur.

Şöbə rəisi piyadalara da müraciət edərək bildirib:

“Onlar da diqqətli olmalıdır, yollarda harda ki, gölməçə var, piyadalar bir qədər kənarda dayanıb avtomobilin hərəkətinin bitməsini gözləməlidir. Çünki sürücü ola bilər ki, avtomobili 20-30 kms-lə idarə etsin, belə olduğu halda nəqliyyat vasitəsinin təkəri çalaya düşə bilər və bu istər-istəməz su sıçrayışına səbəb ola bilər. O, bunu qəsdən törətmədiyi üçün ona inzibati məsuliyyət nəzərdə tutulmur. Lakin elə sürücülər də var ki, qəsdən gölməçələr olan yerdə avtomobilin alt hissəsinin yuyulması üçün və ya digər məqsədlə nəqliyyat vasitəsini yüksək sürətlə idarə edir və piyadaların, eləcə də digər avtomobillərin üzərinə çirkli su sıçradır”.

Kamran Əliyev qeyd etdi ki, bu cür kobud davranışla üzləşən piyadalar avtomobilin dövlət nişanını, markasını, rəngini, hadisənin harda və nə vaxt baş verdiyi haqda məlumatları əldə edərək polis bölməsinə və “902”-yə müraciət edə bilərlər./oxu.az

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
111

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
69

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
148

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
92

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
103

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
91

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
109
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 17:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru