Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Noyabr

2014
10:16
Polis rəisinin maşını dəhşətli qəzaya düşdü: ölən var

Bakı şəhərinin Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Qaradağ rayonu ərazisində, Sahil qəsəbəsini Bakı-Ələt magistralına birləşdirən hissədə polis baş serjantı, 1977-ci il təvəllüdlü Mürsəlov Rüstəm Eldar oğlunun idarə etdiyi 90 AP 050 nömrə nişanlı "Kia Sportage" markalı avtomobil "Daf" markalı qoşqulu yük avtomobilinə çırpılıb. Nəticədə R.Mürsəlov ağır bədən xəsarətləri alıb və təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılarkən yolda keçinib.

Lent.az-ın verdiyi məlumata görə, qəzaya uğrayan avtomobil Qaradağ rayon Polis İdarəsi, 38-ci Polis Bölməsinin rəisi Turab Paşayevin xidməti avtomobili olub. Qəzada dünyasını dəyişən R.Mürsəlov isə polis baş serjantıdır və bölmə rəisi T.Paşayevin sürücüsü olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Qeyd edək ki, qəzaya səbəb kimi yağmurla hava şəraitində sürət həddinin və ara məsafəsinin düzgün seçilməməsi göstərilir./lent.az

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4396

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3021

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2416

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2025
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-04-2020 09:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru