Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Noyabr

2014
09:02
1011
Ekspert: Rusiya Qarabağa görə Azərbaycanla müharibə etməyəcək

Bəli, Rusiya Ermənistanın təhlükəsizliyinin qarantıdır, lakin bu zəmanət belə hallarda işə düşmür. Əgər təsəvvür etsək ki, sabah Ermənistan və Azərbaycan arasında müharibə başlasa (Qarabağda – red.), o zaman Rusiya hərbi müdaxiləyə əl atmayacaq və yalnız diplomatik yolla müharibənin qarşısını almağa çalışacaq.

Bu barədə erməni KİV-ə müsahibəsində rusiyalı politoloq, Qafqaz məsələləri üzrə ekspert Andrey Yepifantsev Azərbaycan Silahlı Qüvvələrinin düşmən helikopterini məhv etməsindən sonra Qarabağ münaqişəsi zonasında yaranmış gərginliyi şərh edərkən bildirib.

Onun sözlərinə görə, əgər müharibəyə bütün Ermənistan cəlb olunarsa, o zaman Rusiya müdaxilə etmək məcburiyyətində qalacaq və bu halda Rusiya mütləq müdaxilə etməlidir.

“Bu zəmanətlər Ermənistana aiddir, Qarabağa yox (Ermənistana KTMT çərçivəsində verilən zəmanətlər – red.).

Əgər Qarabağda nə isə baş verərsə, o zaman Rusiya yalnız diplomatik yollarla bunun qarşısını almağa çalışacaq.Oxu.Az

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
72

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1339
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 04:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru