Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Noyabr

2014
21:13
Naxçıvanda dindarlar kütləvi şəkildə polisə aparılır

Naxçıvanda dindarların kütləvi şəkildə saxlanılaraq polisə aparıldıqları bildirilir.

Bu haqda "Azadlıq" radiosuna dindarların özləri məlumat verib. Onların dediyinə görə, bir müddət öncə başlayan həbslər son günlər daha da artıb.

Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən dindar deyir ki, təqib olunmalarına səbəb dini cərəyanlardan biri ilə bağlıdır: "Hüquq-mühafizə orqanları birgə əməliyyat keçirirlər. Dindarları aparıb hələlik adı bizə məlum olmayan dini cərəyanla bağlı sorğu-sual edirlər. Demək olar ki, bütün dindarları aparırlar. Şübhələndikləri şəxsləri buraxmırlar. Dindar var ki, 4 gündür həbsdədir. Biz də oturmuşuq evdə, gözləyirik ki, nə vaxt gəlib aparacaqlar. Biz heç bir cərəyan tanımırıq, heç nədən də xəbərimiz yoxdur. Qurunun oduna yaş da yanır".

Naxçıvan Muxtar Respublika Daxili İşlər Nazirliyindən isə dindarların saxlanmaları ilə bağlı səslənən iddiaları təkzib edirlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3967

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2842

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2277

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1917
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-04-2020 12:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru