Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Noyabr

2014
15:35
Nazir polisləri ayağa qaldırdı: Bakıda `motosiklet ovu” başladı

Aznews.az əməkdaşının şəhərdə apardığı müşahidələrə görə, paytaxtın əksər küçə və prospektlərində hüquq-mühafizə orqanlarının əməkdaşları Yol Polisi və Post Patrul avtomobilləri ilə axtarış aparırlar.

Məlumata görə, əməliyyata rəhbərliyi Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general Səhlab Bağırov (102), Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri Rəşadət Babayev (302) və Bakı şəhəri DYP-nin inzibati şöbəsinin rəisi Malik İbrahimov (304) edir. Gecə saatlarından başlayan əməliyyat nəticəsində bu dəqiqələrədək 11 motosiklet saxlanılaraq, dayanacaqlara aparılıb.

Saytın əməkdaşı gözlənilmədən belə geniş əməliyyatın keçirilmə səbəbini də öyrənib. Məlum olub ki, dünən saat 20-21 radələrində daxili işlər naziri, general-polkovnik Ramil Usubov metronun “Elmlər Akademiyası” yaxınlığından xidməti avtomobili ilə hərəkət edərkən 6 motosiklet onun yoluna keçib və nümayişkaranə şəkildə yol hərəkəti qaydalarını pozublar.

Bundan sonra nazir həmin motosikletlərin tapılmasını, ümumiyyətlə, Bakıdakı, əksəriyyətinin qeydiyyatlarında problem olan, yol hərəkətlərini tez-tez pozan motosikletlərlə bağlı təcili ölçü götürülməsi tapşırığı verib. Bundan sonra “motosiklet ovu"na start verilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4524

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3105

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2466

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2050
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-04-2020 04:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru