Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Noyabr

2014
13:15
Bıçaqlanan polislərlə bağlı rəsmi - Açıqlama

Dünən gecə saatlarında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin iki əməkdaşının bıçaqlanması ilə bağlı cinayət işi açılıb.

Bu barədə məlumatı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov verib. Onun sözlərinə görə, cinayət törətmiş şəxslərin axtarışı davam edir:

"Hadisəni törədənlərin qanunvericilik qarşısında cavab verməsi istiqamətində tədbirlər həyata keçirilir. Bədən xəsarəti alan polis əməkdaşları isə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin normallaşması üçün həkimlər çalışır”.

Qeyd edək ki, dünən gecə saatlarında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin iki əməkdaşı naməlum şəxs tərəfindən bıçaqlanıb. Hadisə Binəqədi rayonu ərazisində baş verib. Məlumata görə, yol polislər 10 YP 442 və 10 YP 383 nömrəli avtomobillə xidmət aparan Nicat Bayramov və Yasin Umudov nömrə nişanı məlum olmayan "Nissan ” markalı avtomobilin sürücüsü tərəfindən bıçaqlanıblar. Onların biri belindən, digəri isə qolundan yaralanıblar. Hər iki polis əməkdaşı Kliniki Tibbi Mərkəzə yerlədirilib.

AzNews
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3909

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2811

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2257

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1897
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 21:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru