Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Noyabr

2014
13:03
Dilqəm Əsgərov erməniləri şoka saldı: `tutulmasaydım, yenə gələrdim`

Ermənistan tərəfindən girov götürülən azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərovun növbəti məhkəmə prosesi keçirilib. 

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, hakim Anatoli Tadevosyan girovlarımıza məxsus videonu təqdim edib. Video görüntüdə Əsgərovun şərhlərinin də yer aldığı qeyd edilib. Həmin videoda azərbaycanlılar tərəfindən öldürüldüyü iddia edilən erməni yeniyetmənin də görüntüləri yer alıb. Girov Əsgərov bildirib ki, onlar erməni yeniyetmə ilə yolda rastlaşıblar və  o nə Azərbaycan, nə də rus dilində danışa bilib. Girov onu da əlavə edib ki, oğlan onları könüllü olaraq müşayiət edib. 

D.Əsgərov bildirib ki, doğmalarının məzarını ziyarət etməyə gəliblər və saxlanılmasaydılar yenə də gələrdilər. Erməni mətbuatı yazır ki, Şahbaz Quliyev isə məzarı ziyarətə gəldiklərini təkzib edib və digər girovumuz onu yalan danışmaqda ittiham edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
396

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
750
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 09:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru