Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Noyabr

2014
10:46
1144
Həmsədrlərdən yeni birgə Qarabağ bəyanatı

"Biz tərəfləri helikopter vurulan ərazidə və ətrafında atəşi dayandırmağa, həmin ərazilərin minalardan təmizlənməsi prosesini asanlaşdırmağa çağırırıq”.

APA-nın xəbərinə görə, bu barədə ATƏT-in Minsk Qrupunun həmsədirləri - səfir İgor Popov ( Rusiya), Ceyms Uorlik ( ABŞ) və Pyer Andriunun ( Fransa) birgə bəyanatında bildirilib. Həmsədrlər hərbi helikopterin vurulduğu əraziyə giriş imkanı olmadığına görə narahatlıqlarını ifadə ediblər.Bəyanatda qeyd edilib ki, helikopterin qalıqları “qoşunların təmas xəttində, neytral minalanmış ərazidədir”.

Həmsədrlər tərəfləri atəşkəs rejiminə, həmçinin Soçi, Nyuport, Paris şəhərlərində əldə olunmuş razılıqlara riayət etməyə çağırıblar.

Qeyd edək ki, həmsədrlərin bəyanatında “qoşunların təmas xəttində, neytral minalanmış ərazi” kimi qeyd olunan ərazi Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış və hazırda Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan ərazisidir.

Onu da xatırladaq ki, bu il noyabrın 12-də Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus helikopter Azərbaycanın işğal olunmuş ərazisində uçuşlar keçirməklə yanaşı, mövqelərimizə hücum edib. Azərbaycan hərbçiləri hücum cəhdinin qarşısını alaraq, helikopteri zərərsizləşdiriblər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
0

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1161
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 22:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru