Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Noyabr

2014
16:30
1852
Bakıda `Kərbəlada gözəllik və əzəmət`» mövzusunda konfrans keçirilib

FaktXəbər-in məlumatına görə, «Nərgiz» Qadınlar Cəmiyyətinin təşəbbüsü ilə «Kərbəlada  gözəllik və əzəmət» mövzusunda konfrans keçirilib. Tədbirə qonşu Türkiyə və İradan da qonaqlar dəvət olunub. 

Tədbiri giriş sözü ilə «Nərgiz» Qadınlar Cəmiyyətinin sədri Səidə Səmədova Kərbəla faciəsi və Həzrət Zeynəbin şücaətindən danışdı.

Sonra çıxış edən türkiyəli araşdırmaçı yazar Fatimə Gökə Azərbaycana ilk gəlişi olmasına rəğmən, özünü qərib hiss etmədiyini bildirdi. O, Həzrət Zeynəb və Fatimeyi Zəhranın oxşarlığından danışdı: "Onların hər ikisinin Peyğəmbərin gözünün nuru olmalarına baxmayaraq, insanlar onların qiymətini bilmədi, ikisi də hər şeylərini zamanlarının İmamları yolunda fəda etdilər, hər ikisi zamanlarının imamlarına qarşı haqsızlıq edildikdə igidcəsinə haqq nidaları ilə zalımların sarayını titrətdilər».

Natiqin sözlərinə görə, Kərbəla günü Zeynəb xanım gördüyü bütün zülmlərə, çəkdiyi bütün iztirablara rəğmən, «Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim» deyib: «Əhli beytin razılığı Allahın, Allahın razılığı isə Əhli-beytin razılığıdır.Həzrət Zeynəb Kərbəlaya Allahın rizası gözü ilə baxdığı üçün baş verənlərə gözəllik kimi qiymətləndirib… Tasua günü İmam Hüseyn yanında qalan 72 nəfərə dedi ki, gəlin iki barmağımın arasında şəhadətdən sonra cənnətdə tutacağınız məqama baxın. Hamısı bir-bir gəlib baxdı. Yalnız bir nəfər – Həzrət Əbülfəzl Abbas gəlmədi. İmam Hüseyn bunun səbəbini soruşduqda isə o, buyurdu: «Ey Hüseyn, mənim cənnətim, sənin üzünə baxmaqdır, mənim cənnətim sənsən». Həzrət Zeynəbin Kərbəlada gördüyü eşq, əzəmət və gözəllik bu idi. Çünki Zeynəb Kərbəlada səbri, vəfanı, fədakarlığı görmüşdü».

Bundan sonra söz Beytüz-Zəhra Qadın Dərnəyinin üzvü Zəhra Aksuya verildi. Türkiyəli xanım kofnransda əsasən İmam Hüseynin kiçik oğlu 6 aylıq Əliəsgərin ölümündən və onun timsalında bu gün bütün dünyada baş verən uşaq qətillərindən danışdı: «İmam Hüseyn susuzluqdan yanan körpəsini əlinin üzərinə qaldıraraq dedi: «Aranızda müsəlman olan yoxdurmu?» Halbuki, Yezidin qoşunun – küfr ordusunun hamısı müsəlman idi, hamısı namaz əhli, bir çoxu gecə ibadətini edirdi. Eynilə dövrümüzdəki kimi… Allahın adı ilə, din adına dinsizliklə nə qədər əliəsgərlərimiz öldürülür, atalarının bağırlarından, hamilə qadınların qarınlarından körpələri çıxarılaraq gözləri önündə vəhşicəsinə qətlə yetirilir. Necə ki, o zaman Allahın adı ilə Onun Hüccətinin balalarını öldürdülər, bu zamanda da müsəlman olduqlarını iddia edən, namaz əhli sayılan vəhabilər eyni zehniyyətlə bənzər addımlar atırlar».

Azərbaycan İslam Partiyasının Qadınlar Şurasının sədri, «Əsgər Analarına Dəstək» İB rəhbəri Növrəstə İbrahimovaya verildi. O bildirdi ki, bu məclis qəm-qüssə ilə bərabər, həm də mübarək bir məclisdir: "İnsan təbiətən danışan varlıq olsa da, mənəvi qulaqları bəzən dinləmək istəyir. Heç vaxt qurumayan bulaq kimi, belə məclislərin də söhbəti qurtarmaz.

Növrəstə xanım İmam Hüseyn məhəbbətinin dilinidən, dinindən, irqindən asılı olmayaraq onu tanıyan hər kəsin qəlbində olduğunu bildirdi: «Hüseynin nicat gəmisi tufanda Şeyx Nuhun gəmisinə bənzəyir. Bütpərəstlik ölkəsində böyüyüb qidalanan Hindistanın məşhur inqilabçısı və filosofu Mahatma Qandi bu sözü dəfələrlə etiraf elədi. Bir dəfə təyyarəsi İraq ölkəsinin üstündən keçərkən kəmərini açaraq ayağa qalxdı və dedi: «Hamınız ayağa qalxın, ey bəşəriyyət. Biz bir mücahimdin qəbrinin üzərindən uçub keçirik. Heç rəvadırmı ki, burada oturan halda olaq?»

Növrəstə xanım İmam Hüseynin (ə) «İnsanlar dünyanın qullarıdır» kəlamına da diqqət çəkdi: «Bəli, təəssüf ki, hamısı olmasa da, camaatın əksəriyyəti bu cürdür. Müslüm axırıncı dəfə arxaya boylananda onu Kufəyə dəvət edənlərin heç birinin qalmadığını görür. Kufənin 4 min nəfər kişisinin gecə Müslimi evinə sığındıran Tavan xanım qədər qeyrətləri olmadı... Tasua gününü xatırlayaq. İmam ətrafındakılara müraciət edərək dedi: «Çırağı söndürürəm, kim getmək istəyirsə getsin. Bilin ki, sizin getməyiniz mənim üçün acınacaqlı olmayacaq. Mən Allahla vəd eləmişəm. Sizi azad buraxıram».Çırağı yandıranda gördü ki, 72 sərdarı qalıb... Yeri gəlmişkən deyim ki, bir çoxları İmam Hüseynə beyət edən 40 mindən cəmi 72 nəfərin qalmasına istehza edir. Amma unudurlar ki, bağçalarda da çox qanqal tikanı olar. Amma bircə dənə qızıl gülün ətri bütün məğrib və məşriqə kifayət edər».

Qadınlar Şurasının sədri daha sonra sözünə davam edərək, dinin sözlə yox, əməllə izhar olunmasının vacibliyindən danışdı: «Hüseynimin axırıncı kəlamı belədir: «Bəzi insanlar dünya işləri qaydasında olanda dini dillərində əzbər edirlər. Amma sınaq meydanı yarananda meydan boşalır. Əgər belə olmasaydı, sonda mənim yanımda cəmi 72 nəfər qalmazdı».

N.İbrahimova çıxışını belə bitirdi: «Qarabağı geri qaytarmaq, Fələstini yarım əsrdən də çox əsir qaldığı sionist, qaniçənlərdən xilas olması üçün Hüseyn (ə) Kərbəlanın susuz səhrasında bir məktəb açıb. Elə bir meydan ki, əbədiyyətə qədər o məktəbin külfəsini heç kim bağlaya bilməyəcək. Çünki o külfəni açan Allahdır. Allahın qüdrətinə isə heç  bir qüdrət yetməz. Hər kəs Vətənini işğaldan azad etmək istəyir gəlsin Kərbəlaya. Hər kəs  zəmanəsinin Yusiflərini, Hüseynlərini, Museyi–Kazımlarını və sair məsum-məsumlələrini qaranlıqdan, zülmətdən azad etmək istəyir, gəlsin Kərbəlaya. Hər kəs haqq şüarını hayqırmaq istəyir gəlsin Kərbəlaya. Bu məktəbdə elə bir dərd yoxdur ki, ona dərman olmasın».

İranın Camətuz Zəhra Universitetitinin tələbəsi  Aminə Hüseyni isə bildirdi ki, ilk dəfədir Aşura günündə Azərbaycanda olub: «Burada gördüklərimi heç vaxt unutmaram. Hicablı, ya hicabsız, fərqi yoxdur, hər kəs soyuqların iliyə işlədiyi bir vaxtda, göydən yağış tökdüyü halda İmam Hüseynin eşqinə ayaqüstə sinə vurur, mərsiyə deyirdilər. İmamın adı gələn kimi hər kəsin gözləri yaşla dolur. Vəzifəmiz analıqdırsa Zəhra olaq, bacıyıqsa, Zeynəb olaq. Elm dalınca gedək. Hətta iki-üç nəfər də olsaq, vəhdəti tərk etməməliyik. Əsl bərəkət çoxluq demək deyil, Allahın nəzərinin o işdə olmasıdır. Onu da deyim ki, İmam Hüseynin eşqi hər kəsdə deyil, ancaq layiq olanlarda olar. Bu nemətin qədrini bilək».

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
278

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
369

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
251

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
280

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
223

Axtarışda olan 24 nəfər saxlanılıb

21

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
260

Dünya bazarlarında neft ucuzlaşıb

21

Sentyabr
10:13
İQTİSADİYYAT
270

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
549
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2019 21:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru