Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Noyabr

2014
15:40
Qərbin təqdim etdiyi `gender bərabərli`yindən dəhşətli görüntülər - VİDEO
Rəqibinin qulağını qopartdı

- Rəqibin qulağından qan açıldığını görən kimi həmin yeri hədəf seçərək, ora zərbələr endirməyə başladım.
Bu sözləri dünən Meksikada keçirilən qaydasız döyüşün qalibği rəqibi Lesli Smitin qulağını qoparan  Cesika Ay deyib. Məlumat üçün deyim ki, hər ikisi qadındır. Bəli, zərif cinsin nümayəndəsi, Allahın ana, bacı deyə şərəfləndirdiyi məxluq…

Oyuna baxanda gözlərimə inanmadım. İki qadın sanki vəhşi heyvanlar kimi bir-biri ilə sözün həqiqi mənasında boğuşurlar. Kənarda kişilər isə onların bir-birlərini qanlarına qəltan etməsinə həzz ilə baxırlar. Bəli, yəqin ki, Qərb «gender bərabərliyi» deyəndə bunu nəzərdə tuturmuş. Məşhur filmdə deyildiyi kimi, kimdir müqəssir? Onları həzz üçün meydana çıxaranmı, pula görə öz xanımlıqlarını itirən bu qadınlarmı, yoxsa «gender bərabərliyi» şüarı ilə gecə gündüz çıxış edən «hüquq müdafiəçisi» Qərbmi?

Bəs görəsən həmin qadınlar nəyi itirdiklərinin fərqindədirlərmi? Məncə yox. Çünki görmədiyin bir şeyi necə itirə bilərsən? Bəli, ola bilər ki, nə zamansa onlara bir qadın kimi yer  verilib, fikirləri öyrənilib. Ancaq yəqin ki, bunu da hansısa heyvani istəklərini doydurmaq üçün ediblər. İnanıram ki, övlad kimi sevilən, bacı kimi qayğısına  qalınan, xanım kimi hörmət görən qadın belə vəhşiliyi edə, öz mənliyini itirə.

Ola bilər ki, bəziləri desin, «xalqdan sənə nə». Amma təəssüf ki, bu gün bizim cəmiyyətimiz də addım addım həmin bataqlığa yaxınlaşır. Xanımlarımız «hüquq bərabərliyi» şüarı adı altında yavaş-yavaş istismar mənbəyinə çevrilirlər, ancaq anlamırlar. Açıq saçıq geyimləri, təhrikedici baxışlarına görə kimdənsə tərif eşitdikdə, sevinirlər. Daha bilmirlər ki, onlara bu cür baxan kişilər xanım olduqları üçün deyil, əyləncə məqsədiylə baxırlar.

Bu yaxınlarda şahidi olduğum bir hadisə heç yadımdan çıxmır. Çörək almaq üçün  evdən çıxmışdım. Pilləkənlə düşəndə üzbəüzdə avtomobilini işə salan qız diqqətimi cəlb etdi. Bir məhləli olduğumuz üçün qiyabi tanıyıram. Bir uşaq anasıdır. Tək yaşayır. O, kiminsə dalınca baxırdı. Baxışımı onun baxdığı istiqamətə yönəldəndə körpə uşaqları olan bir ailənin qabaqda getdiyini gördüm. Bir şey anlamadım. Sonra qıza tərəf baxanda nəzərlərimiz toqquşdu. Cəmi bir neçə saniyə kifayət etdi ki, onun gözlərindəki kədəri, təəssüfü görüm. Bu baxışlar həyatında etdiyi bircə səhvinə görə nələri itirdiyini anladığını göstərirdi. O da övlad anası idi. Amma yanında kürəyini söykəyəcək dayağı yox idi. Bəlkə də ata-anası da ondan imtina etmişdi. Ümidi ancaq başqasının həyat yoldaşının öz ailəsindən oğurladığı bir neçə saat idi. Nə bilmək olar?

Bəli, gender bərabərliyinə doğru xanımlığımızı itirə-itirə gedirik…

Artıq söz yazmadan dünənki qaydasız döyüşdən dəhşətli kadrları sizlərə təqdim edirəm.

Emilya Vaqif / FaktXəbər

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 23:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com