Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Noyabr

2014
14:27
802
Sürücülərin diqqətinə: onları ləğv edəcəklər!

Son günlər ölkə mətbuatında Bakı küçələrində qeyri-əlverişli ərazilərdə pullu parklama yerlərinin yaradılması ilə bağlı məlumatlar yer alır.

Belə halların mövcud olması və hansı tədbirlərin görülməsi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev Trend-in sorğusuna cavab olaraq bildirib ki, son dövrlərdə paytaxtda tıxacların qarşısının alınması, avtomobillərin maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə bir neçə yeraltı avtomobil duracağı yaradılaraq sürücülərin və avtomobil sahiblərinin istifadəsinə verilib: 

"Bununla yanaşı, çox yaxşı haldır ki, paytaxt sakinlərinin gündəlik həyat və fəaliyyəti, eləcə də yol kənarlarında uzunmüddətli durmaların qarşısının alınması ilə əlaqədar yeraltı duracaqlardan kənar ərazilərdə tələbatdan asılı olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 300-dək yerüstü parketmə yerləri müəyyənləşdirilərək pullu xidmətlər təşkil edilmişdir.

Qeyd olunan xidmətlərin fəaliyyətinin nəqliyyatın hərəkətinə təsiri ilə bağlı keçirdiyimiz növbəti müayinələr zamanı 80-dən çox yerüstü pullu parklanma yerlərinin mövcud tələblərə cavab verməyən ərazilərdə təşkil edildiyi müəyyən olunmuşdur ki, bu da xüsusilə pik saatlarında nəqliyyatın fasiləsiz hərəkətinə manelər yaradır".

K.Əliyev deyib ki, belə yerlərlə bağlı BDYPİ tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti qarşısında məsələ qaldırılıb və onların ləğvi ilə bağlı müvafiq tədbirlər görülür: "Hesab edirik ki, mərkəzdəki bəzi duracaq yerləri ləğv edilsə də, duracaqlara olan tələbatın ödənilməsi baxımından paytaxtın digər yerlərində də razılaşdırılmış qaydada yeni parklanma yerlərinin yaradılmasına ehtiyac var və bu məqsədlə araşdırmalar aparılır”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
568

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
412

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
431

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
473

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
503

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
482

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1076

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
874
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 06:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru