Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Noyabr

2014
13:00
1031
Sürücülər cərimələri yeni üsulla ödəyə biləcəklər

Azərbaycanda yol hərəkəti qaydalarının (YHQ) pozulmasına görə cərimələrin onlayn ödənişi xidməti tətbiq ediləcək.

Bu barədə "Trend"-ə avtomatlaşdırılmış sistemin yaradılması layihəsinin rəhbəri Cəmil Şirinov bildirib.

Onun sözlərinə görə, layihə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

C.Şirinov bildirib ki, hazırda proqramı təşkil edən sistemin hazırlanması başa çatıb və həftənin sonunda veb-interfeysin yaradılmasının yekunlaşacağı gözlənilir: "Sistem bir ay ərzində sınaq yoxlamasından keçəcək və ilin sonuna kimi tam işlək olacaq. Layihə çərçivəsində YHQ pozulmasına görə cərimələrin bank və kredit kartları, SMS, eləcə də ödəniş terminallarının vasitəsilə internetin köməyi ilə ödənilməsi inkanlarına baxılması nəzərdə tutulur. İnternet ödənişləri üçün terminal.az resursu yaradılıb və o, hazırda nümayiş rejimindədir”.

Layihə rəhbərinin sözlərinə görə, saytda qeydiyyatdan keçərkən avtonəqliyyat vasitəsinin sahibi “şəxsi kabinet”ə giriş imkanı əldə edəcək. O, burada özünün YHQ pozuntusu, foto və videomateriallarla ətraflı tanış olacaq. Bundan başqa, cəriməni Daxili İşlər Nazirliyinin internet səhifəsində ödəmək də mümkün olacaq: "YHQ pozulması video-müşahidə kameraları tərəfindən qeydə alınacaq. Sürücünün YHQ pozması hadisə yeri göstərilməklə, fotoşəkillər və videomateriallar əlavə olunmaqla onun elektron ünvanına göndəriləcək. Sürücünün operativ şəkildə xəbərdar edilməsi üçün SMS-lə məlumat göndərilməsi də nəzərdə tutulur".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft ucuzlaşdı, qaz bahlaşdı

26

Avqust
09:04
İQTİSADİYYAT
18

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
597

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
432

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
449

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
493

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
522

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
496

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1095
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 09:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru