
Fələstin/ FaktXəbər-in verdiyi məlumata görə, Qüdsdə avtobusda işgəncələrə məruz qaldıqdan sonra asılan Yusif Həsən Ramoniyə görə artıq ərəblər adekvat cavab verməyə başlayıblar. Soyuq silahla silahlanmış 2 nəfər Qüdsdə sinaqoqa hücum ediblər. Hücum nəticəsində 5 nəfər həlak olub, 9 nəfər yaralanıb. Hücumçular hadisə yerinə gələn polislər tərəfindən öldürülüb.
Xatırladaq ki, yəhudi mühacirlər Qüdsdə əslən fələstinli olan sürücü Yusif Həsən Ramonini vəhşicəsinə qətlə yetiriblər. Onun iki azyaşlı övladı qalıb.
Qüdsün Attur məhəlləsinin sakini Yusif Həsən Ramoni işlədiyi İsrailin IGD kompaniyasına məxsus avtobusda asılmış vəziyyətdə tapılıb. Mərhumun atasının sözlərinə görə, gecə yarısı yerli xəstəxanaların birindən onlara zəng edilib və oğlunun qəzaya düşdüyünü, hazırda vəziyyətinin ağır olduğunu deyilib. Valideynlər dərhal özlərini xəstəxanaya çatdırıblar. Ailə başçısının sözlərinə görə, Yusifnin üzü göyərmişdi, bütün bədəni işgəncə izləri və qançırlarla dolu idi, boğazında isə boğulmağa xarakterik iz var idi. Tibb işçiləri gəncin həyatını xilas edə bilmirlər.
Qeyd edək ki, bütün bu zorakılıq izlərinə baxmayaraq, İsrail polisi əsas versiya kimi özünə qəsdi götürür. Xatırladaq ki, Qüdsdə bundan əvvəl işgəncə edilən, sonra isə yəhudi ekstremistləri tərəfindən diri-diri yandırılan yeniyetmə Məhəmməd Haderin ölümü də eyni ssenari ilə araşdırılmışdı. Yaxşı ki, sonradan Məhəmməd Haderi qətlə yetirənlər həbs olunmuşdu.
FaktXəbər-in verdiyi məlumata görə, avtobusda işgəncələrlə öldürülən gəncin qardaşı Osama Ramoni öz növbəsində bildirib ki, son bir neçə ayda Yusifə iş vaxtı hücumlar olmuşdu. Yayda Məhəmməd Xaderin qətlindən sonra Yusuf Həsən Ramon öz həyatından qorxaraq IGD kompaniyasından istefa vermişdi. Lakin rəhbərlik ərəb sürücülərin təhlükəsizliyini təmin edəcəyinə vəd verdikdən sonra yenidən işinə qayıtmışdı.
Aşağıda fotoda gördüyümüz şəxs "Ərəblərə ölüm" təşkilatının üzvüdür. O, əlindəki ipi göyə qaldıraraq Yusifi öldürənlərlə fəxr etdiyini bildirib.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 15:05 Noam Çomski: Tramp tarixdəki ən pis cinayətkardır
- 25-06-2020 13:49 Cənubi Yəmən Keçid Şurası İsraili rəsmi olaraq tanıdı
- 25-06-2020 12:35 Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
- 25-06-2020 12:14 İran rəsmisi: İran və Azərbaycan sərhədləri sülh və dostluq sərhədləridir
- 25-06-2020 11:14 Həmas liderindən İslam dünyasına təcili çağırışı
- 23-06-2020 10:16 Dünyada koronavirus infeksiyası hallarının sayı 9 milyonu ötüb
- 19-06-2020 14:21 Dağıstan rəsmilərini lom və dəyənəklə döydülər
- 19-06-2020 11:21 ABŞ-da səhv ucbatından 2 qardaş 24 il həbsdə yatdı
- 19-06-2020 10:37 Tramp NUO barədə gizli sənədlərinin açılması barədə düşünəcəyini vəd etdi
- 19-06-2020 10:15 Nikita Xruşovun oğlu ABŞ-da öldü
- 18-06-2020 16:34 Çin prezidenti Afrikaya koronavirus peyvəndi vəd etdi
- 18-06-2020 14:10 Qazaxıstanın Baş naziri və daha beş nazir koronavirusa görə özünü təcrid edib
- 18-06-2020 13:41 BƏƏ vəliəhdi: İsrailin Fələstin torpaqlarını ilhaq etməsi qanunsuzdur
- 18-06-2020 11:06 Nursultan Nazarbayev koronavirusa yoluxub
- 18-06-2020 10:58 Fələstində 39 yeni koronavirus aşkar edildi
- 18-06-2020 10:45 Tramp keçmiş təhlükəsizlik müşavirini "qəddar axmaq" adlandırıb
- 18-06-2020 10:30 Əfqanıstanda Taliban hücumunda 7 polis öldürüldü
- 17-06-2020 14:08 Kadırov gürcü jurnalistə sui-qəsd barədə xəbərlərə münasibət bildirib
- 17-06-2020 12:35 Putini koronavirusdan belə qoruyurlar
- 17-06-2020 11:35 Hindistanda bir gün ərzində 2 min nəfər koronavirusdan ölüb
- 17-06-2020 11:30 Koronavirusu test etmədən diaqnoz qoymağın üsulu tapıldı
- 17-06-2020 10:55 Hindistan və Çin arasında qarşıdurma yaranıb
- 17-06-2020 09:50 Medvedev: 2020-ci ildə Rusiya üç "iqtisadi sarsıntı" keçirib
- 16-06-2020 17:34 İdlibdə Rusiya-Türkiyə patrul yolunda partlayış baş verib
- 16-06-2020 16:39 Cavad Zərif: "İran, Rusiya və Azərbaycan arasında sammit keçirəcəyik"