Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Noyabr

2014
23:23
Bakının yeni polis rəisindən qeyri-adi yoxlama tədbiri - FAKT

DİN-də aparılan kadr islahatlarından sonra Bakı Şəhər Baş Polis İdarəsinə rəis təyin olunan Mirqafar Seyidov qeyri-adi üsulla yoxlamalara davam edir.

FaktXəbər-in "Üç Nöqtə" qəzetinə istinadən verdiyi məlumata görə, Baş Polis İdarəsinin yeni rəisi bu dəfə Nərimanov rayonunda yoxlama aparıb. 

Belə ki, dünən gecə mülki geyimdə Nərimanov rayon polis idarəsinə daxil olan BŞBPİ rəisi, general Mirqafar Seyidov sadə vətəndaş kimi polisə müraciət edib: "İş çantamı taksidə unutmuşam, bununla bağlı sizə müraciət etmək istəyirəm".

Lakin polis nəfəri BŞBPİ-nin yeni rəisini tanımayıb. Onun müracitəini soyuq qarşılayaraq, sabah müraciət etməsini istəyib. Bir qədər sonra isə "şikayətçi"nin Mirqafar Seyidov olduğu məlum olub və o polis əməkdaşını tənbeh edib.

Faktla bağlı polis idarəsində cəzalananların olub-olmaması ilə bağlı məlumat yoxdur.

Məsələ ilə bağlı DİN-nin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovla əlaqə saxladıq.

O açıqlamasında BŞBPİ-nin rəisinin istənilən vaxt, istənilən polis idarəsini yoxlamağa ixtiyarı olduğunu bildirdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4524

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3105

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2466

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2050
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-04-2020 05:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru