Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Noyabr

2014
11:33
Azərbaycanda polis postunda dava - Yol polisinin boğazını kəsdilər

Azərbaycanda polis postunda dava olub.

Hadisə Baş Dövlət Yol Polisi İdarəsinin Zaqatala və Balakən rayonunun sərhədində yerləşən “Katex” postunda qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı Anar Xəlilov xidmətdə olarkən Balakən rayonu istiqamətində hərəkət edən, Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Vüsal Elman oğlu Əhmədovun idarə etdiyi “VAZ-2107” markalı, 90 HO 877 dövlət nömrə nişanlı avtomobili yol hərəkəti qaydalarını pozduğu üçün saxlayıb. Buna etiraz edən sürücü ilə yol polisi əməkdaşı arasında mübahisə düşüb. Mübahisə daha sonra davaya çevrilib və V. Əhmədov A. Xəlilova xəsarət yetirib. Nəticədə polis əməkdaşı A. Xəlilov boğaz nahiyəsindən kəsilmiş xəsarətlə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən V. Əhmədovun idarə etdiyi avtomobildə olan sərnişin, 1995-ci il təvəllüdlü Oqtay Kamal oğlu Qarayevdən narkotik götürülüb və hər iki şəxs saxlanılıb.

Zaqatala Rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, polis əməkdaşına xəsarət yetirilməsi faktı ilə bağlı Zaqatala Rayon Prokurorluğunda, sərnişindən narkotik götürülməsi faktı ilə bağlı isə Rayon Polis Şöbəsində araşdırmalar aparılır./apa

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47820

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45901

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47519

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47121

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52696

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46752

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47199
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-10-2020 07:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru