Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Noyabr

2014
10:22
“Sovetski”də söküntü fırıldaqları - FOTO

“Sovetski”də söküntü işləri ilə bağlı problemlər davam edir. Həm sakinlər narazıdır, həm də söküntü işlərini aparan komissiya.

Yasamal Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini, RİH nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamovun şikayəti evi söküləcək “Sovetski” sakinlərinin bəzilərinin qanunsuz olaraq evlərdə yeni tikinti işlərinin aparmasıdır. S.İsmayılov deyir ki, sakinlər bunu etməklə evlərinin kvadratını artırmağa və dövlətdən əlavə pul almağa çalışırlar.

İcra başçısının müavininin sözlərinə görə, son günlər məhəllədə onlarla qanunsuz tikilinin qarşısı alınıb.

“Sovetski” sakinləri də də söküntü komissiyasının sədrinin dediklərini təsdiqləyir. Onlar deyirlər ki, bəzi qonşular doğrudan da gecə vaxtlarında qanunsuz tikinti işləri aparırlar. Lakin söküntü komissiyası evlərin fotoşəkillərini əvvəlcədən çəkdiyindən yeni tikililəri müəyyən etməkdə çətinlik çəkmir.

Ancaq sakinlərin də əsaslı şikayətləri var. Sakinlərin narazılığı söküntü işlərinin gedişindəndir. Söküntü işləri hazırda məhəllənin müxtəlif yerlərində həyat keçirilir.

“Sovetski”məhəlləsində olarkən şahidi olduğumuz mənzərə heç də ürəkaçan deyildi. Onlarla ailənin yaşadığı bir neçə birmərtəbəli binada sakinlərin bir qismi verilən kompensasiyanı alaraq mənzillərini tərk ediblər və onların mənzilləri, yəni binaların bir hissəsi sökülüb.. Lakin binaların digər sakinləri isə hələ də bu yarıuçuq evlərdə yaşayır. Boşalan evlər isə xarabalığa çevrilib. Sakinlər deyirlər ki, bu xarabalıqlarda gecələr narkomanlar məskən salır.

Sakinlər bu cür alayarımçıq söküntü işlərindən şikayətçidir. Çünki bir neçə ailənin yaşadığı binanın bir hissəsi uçurulduqda digər mənzillərə də zərər dəyir. Bəzi hallarda isə evləri yararsız hala salır.

“Sovetski” sakinləri qorxularından evlərini boş qoymamağa çalışırlar. Səbəb isə söküntü işləri aparanların bundan istifadə etməsidir. Evin boş olduğunu, orada yaşayışın olmadığını  düşünən söküntü komissiyası bu evləri də sökürlər. Sakinlərin dediyinə görə, belə hallar dəfələrlə müşahidə olunub.

Elə “Sovetski”nin Bəşir Səfəroğlu küçəsi ev 32A ünvanında tək yaşayan Qüreyşə adlı qadının da başına belə iş gəlib. Qonşularının dediyinə görə, tənha yaşayan qadın işdə olarkən evi əşyaları da içində ola-ola uçurulub. Söküntü komissiyası isə sonradan ev sahibinə deyib ki, onlar evin boş olduğunu düşünüblər.

Qonşular deyir ki, Qüreyşə xanım başqa çarəsinin olmadığını görərək komissiya ilə anlaşıb və hesbına köçürülən pulu alıb. İndi başqa yerdə özünə ev tikdirir.

Hazıra sökülən evlərin kanalizasiya sistemləri dağılıb, boş evlər zibilxana kimi istifadə olunur, məhəllələr üfunət iyindən keçilməz olub.  Bakının ən qədim və məşhur məhəlləsində antisanitariya baş alıb gedir.

Qonşuların şikayəti həm də söküntü işlərinin məhəllə-məhəllə aparılmamasına görədir. Hazırda “Sovetski”də yaşayan sakinlərin istəyi boşalan evlərinin tez sökülməməsidir. Lakin söküntü komissiyası razılıq əldə edilən evləri elə həmin gün sökür. Sakinlər deyir ki, razılaşma əldə edilən kimi  onlara evlərindən çıxmaları üçün təzyiq edilir. Elə Xutorda, Basində edildiyi kimi. Orada da söküntü işləri aparılarkən köçməyə razılaşmayan sakinlərin qonşuluğundakı evlərin hamsı sökülmüşdü. Bütün konunal xətlər sıradan çıxmışdı. Yaşayış vəziyyətlərinin çətinləşdiyini görən sakinlər məcburən evlərini tərk etmişdilər.

Hazırda “Sovetski”dən köçənlərin əksəriyyəti evlərinin kvadratmetri nisbətən çox olanlardır. Narazı olanlar isə 10-15 kvadratmetrlik evə sahib olanlardır. Onlar evlərinin kvadratmetrinə 1500 manat verilməsi ilə razılaşmırlar. Çünki onlar alacaqları 15-20 min manata mənzil ala bilməyəcəklərini deyirlər.

Mənzilinin ölçüsü az olan, qonşuları köçdüyü üçün xarabalıq içərisində yaşayan Gülcahan Rzayeva da heç olmasa mənzilinin əvəzində bir otaqlı mənzil istəyir. Evinin ölçüsünün 18 kvadratmetr olduğunu deyən G.Rrazayeva ümid edir ki, tezliklə onun problemini həll edən tapılacaq…/virtualaz.org

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 8-ci gününün duası - AUDİO

20

Aprel
20:30
MƏNƏVİYYAT
65

ETSN: Acınohur gölü quruyur

20

Aprel
17:06
ÖLKƏ
161

Son sutkada nə qədər adam yoluxub?

20

Aprel
16:34
ÖLKƏ
140

Azərbaycanda 3 bakalavriat dərəcəsi olacaq

20

Aprel
15:40
ELM / TƏHSİL
145

Saakaşvili Gürcüstana qayıdır

20

Aprel
15:22
DÜNYA
280

İranda sutka ərzində 395 nəfər koronavirusdan ölüb

20

Aprel
14:56
BÖLMƏNİ DÜZ SEÇ!
170

Bu şəxslər təhsil haqqından xilas olacaq

20

Aprel
14:40
ELM / TƏHSİL
420

İmtahanlara 2 gün qalıb

20

Aprel
13:04
ELM / TƏHSİL
216

Pakistan və Türkiyə Talibana çağırış edib

20

Aprel
12:31
BÖLMƏNİ DÜZ SEÇ!
215

Birinci siniflərə qəbul bu tarixdən başlayır

20

Aprel
12:11
ELM / TƏHSİL
211

AFFA bəyanat yaydı

20

Aprel
12:03
İDMAN
195

İlham Əliyev Hacıqabuldadır

20

Aprel
12:00
ÖLKƏ
281
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2021 20:59





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru