Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Noyabr

2014
17:12
1793
Düşmən Qarabağda raket atır – FOTO

Atışların hansı ərazidə keçirildiyi barədə məlumatlar verilməyib.

Ermənistan Silahlı Qüvvələri işğal altındakı Azərbaycan ərazilərində keçirdikləri “Birlik-2014” təlimlərində ötən gün hava hücumundan müdafiə vasitələrindən praktik atışlar keçiriblər.

FaktXəbər-in APA-ya istinadən verdiyi xəbərə görə, erməni silahlı birləşmələri “Osa” zenit-raket kompleksi (NATO kodu SA-8 Gecko) ilə keçirdikləri atışların fotolarını yayımlayıblar.

Atışların hansı ərazidə keçirildiyi barədə məlumatlar verilməyib. Qeyd edək ki, ermənilərin açıqladığı rəsmi məlumata görə, təlimə 47000 nəfər şəxsi heyət, 2100 artilleriya sistemi, 850 zirehli texnika, 450 ədəd hava hücumundan müdafiə vasitəsi, 1600 tank əleyhinə vasitə, 260 xüsusi texnika və 4200 avtomobil texnikası cəlb olunub.


Noyabrın 12-də Ağdam ərazisində keçirilən təlim zamanı Azərbaycan Ordusunun mövqelərinə hücum edən Ermənistan HHQ-nin bir ədəd Mi-24 döyüş helikopteri Azərbaycan hərbçiləri tərəfindən məhv edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
524

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
96
Şərhlər
Nemat Xidirov tərəfindən 14-11-2014 19:33:14 tarixində yazıldı
Yalan
ermeniler yalandan shishirdirler. onların umimilikde hec bir olan qeder gücü yoxdur.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 19:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru