Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Noyabr

2014
17:06
Bakıda polis aksiyanı dağıtdı, jurnalisti saxladı - FOTO

"Sevil Massivi"nin aldatdığı vətəndaşlar pullarını tələb edir

"Sevil Massivi" Mənzil Tikinti Kooperativinin (MTK) rəhbərliyinə cinayət işi açılandan sonra həmin ərazidə ev, torpaq sahəsi alan insanların çoxunun problemləri həll edilməmiş qalır. Onlar nə mülklərinə sahib ola bilirlər, nə də ödədikləri vəsaiti geri ala bilirlər. Odur ki, zərərçəkmiş vətəndaşlar bu gün Abşeron Rayon İcra Hakimiyyətinin və Hökməli Bələdiyyəsinin qarşısında etiraz aksiyası keçirdilər.

60 nəfər yaxın zərərçəkmiş aksiyada “Torpağımızı qaytarın!”, “Evimizi qaytarın” və “Pullarımızı qaytarın” tələblərini irəli sürdülər. Abşeron Rayon Polis İdarəsinin rəisi və müavininin rəhbərliyi ilə vətəndaşlara təzyiq göstərdilər. Polis zərərçəkmişlərdən icra hakimiyyətinin qarşısından Hökməli Bələdiyyəsinə yollamasını tələb etdi. Polis maşınları ilə bir qrup aksiyaçılar bələdiyyəyə aparıldılar. Peşə fəaliyyətini yerinə yetirən “bizimyol.info ” saytının əməkdaşı Ramid İbrahimova polis rəisinin göstərişi ilə təzyiq göstərildi. Problemlə bağlı jurnalist Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə ilə əlaqə saxlayıb. Buna baxmayaraq aksiya bitənə qədər reportyor Post-Patrul Xidməti maşınında girov saxlanılıb. Qeyd edək ki, iyul-sentyabr aylarında icra hakimiyyəti və Hökməli Bələdiyyəsi tərəfindən bir qrup zərərçəkmişin pulları qaytarılıb./Bizimyol.info

Abşeronda polis aksiyanı dağıtdı, jurnalisti saxladı - FOTOLAR

Abşeronda polis aksiyanı dağıtdı, jurnalisti saxladı - FOTOLAR

Abşeronda polis aksiyanı dağıtdı, jurnalisti saxladı - FOTOLAR

Abşeronda polis aksiyanı dağıtdı, jurnalisti saxladı - FOTOLAR

Abşeronda polis aksiyanı dağıtdı, jurnalisti saxladı - FOTOLAR

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3868

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2795

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2227

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1887
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 05:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru