Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Noyabr

2014
15:02
696
Ermənistan qondarma Dağlıq Qarabağ Respublikasını tanımadı

Ermənistan/ Ermənistan parlamenti qondarma "Dağlıq Qarabağ Respublikasının" müstəqilliyini tanımayıb.

"DQR"-in müstəqilliyini tanımaqla bağlı qanun layihəsini parlamentə müxalifətdəki "İrs" partiyası təqdim edib. Partiya üzvü Zarui Postandyan separatçı "DQR"-in müstəqilliyini tanımağın çoxdan vaxtının çatdığını iddia edib. Onun fikrincə, bu addımı ilk olaraq İrəvan atmalıdır.

Lakin erməni deputatlar qanun layihəsinə səs verməyiblər. Erməni Milli Konqresinin üzvü Levon Zurabyan bu addımı atmağın tez olduğunu deyib. Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsində sülh danışıqlarını zədələmək deməkdir.

"Bu hərbi hərəkətlərin başlamasına və Ermənistanın daha çox təcrid olunmasına səbəb olacaq", - deyə erməni deputat bildirib.

Qafqaz İnstitutunun direktoru, erməni politoloq Aleksandr İskəndəryan bildirib ki, qanun layihəsinin dəstək qazanmayacağı əvvəlcədən bəlli olub. Onun sözlərinə görə, qanun layihəsi parlamentdə azlığa malik olan partiya tərəfindən hazırlanıb.

Rusiya Federasiyası İctimai Palatasının ictimai diplomatiya komissiyasının rəhbəri, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov "Vesti Kafkaza" saytına açıqlamasında qondarma "DQR"-in tanınması haqqında qanun layihəsinin Ermənistan parlamentindən keçməməsinin bir neçə səbəbinin olduğunu bildirib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi stressdədir: "İrəvan Rusiya və ABŞ-dan eyni dərəcədə qorxur. Onlar manevrlər etməyə məcburdurlar. Bununla yanaşı, Rusiya-Azərbaycan münasibətləri hazırda çox sürətlə inkişaf edir. Bu isə İrəvanda narahatçılığa səbəb olur".

Rusiyalı politoloq qondarma "DQR"-in tanınmasının münaqişənin sülh yolu ilə həllinə əngəl olacağını deyib.

"Bu, Ermənistanın münaqişənin həllində güzəştlərə maraqlı olmadığını göstərəcəkdi. Digər tərəfdən, Ermənistanın Avrasiya İttifaqına girişinə maneələr yaranardı. Çünki ittifaqın hər üç üzvü - Rusiya, Belarus və Qazaxıstan bu münaqişənin həllinə çalışır və Azərbaycanla münasibətlərinə diqqətlə yanaşır", - deyə S. Markov bildirib.Publika.az

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
72

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1339
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 04:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru