Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Noyabr

2014
14:58
1631
Qarabağda erməniləri məhv etmiş azərbaycanlı qadın snayper – VİDEO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Addım” GİM ictimai birliyi “Müasir təbliğat” (filmlər) layihəsi çərçivəsində Qarabağ müharibəsi zamanı öz şücaəti və qəhrəmanlığı ilə fərqlənən tanınmış snayper-qadın Növrəstə Yusifova barədə sənədli film hazırlanıb.

Filmin çəkilişləri zamanı əsas məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaqdır.

Filmin rejissoru Elşən Rüstəmov, prodüseri Kamil Həmidov, titrların tərcüməçisi Sevil Məmmədlidir. N.Yusifovanın nailiyyətləri sırasına içərisində təxminən 20 əsgərin olduğu düşmən yük maşınının, bunkerin məhv edilməsi, tankın sıradan çıxarılması və digərləri daxildir. 20 il keçdikdən sonra N.Yusifovaya məlum olur ki, əks düşərgədə də onun mövcudluğu barədə məlumatlı olublar və hətta onu öldürəcək şəxsə mükafat təyin ediblər. Filmdə A.A.Potapovun “Snayper sənəti” kitabından, müxtəlif telekanalların snayper sənəti barədə YouTube portalında yerləşdirilən videokadrlarından və müharibə barədə fotoşəkillərdən istifadə edilib. “Addım” GİM ictimai birliyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna və filmin çəkilişlərində iştirak edənlərə təşəkkür edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft yenidən ucuzlaşıb

22

May
09:21
İQTİSADİYYAT
78

Tələsən oğlan - VİDEO

21

May
22:04
NƏQLİYYAT
1651
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 11:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru