Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Noyabr

2014
09:22
Gəncədə yol polisi sürücünün İPhone 5-ni sındırdı

Gəncədə yol polisi sürücünün “İPhone 5” markalı telefonunu sındırıb. FaktXəbər-in verdiyi məlumata görə, moderator.az-a yol polisinin özbaşınalığı barədə daha bir məlumat daxil olub. Bildirilir ki, bir neçə ay öncə bıçaqlanma olayında adı keçdiyinə görə daxili işlər orqanlarından xaric edilən Asim Əliyev sonradan Samux polisində peyda olub və həmin rayonun yol polisində xidmətə başlayıb.

Amma köhnə məkanını unuda bilməyən Asim Əliyev xidməti Samuxda deyil, Samuxla Gəncənin sərhəddindəki ərazidə aparıb. Çünki onu Samuxda heç kim tanımasa da Gəncədə tanıyan sürücülər saxlayıb “hal-əhval” tuturlar...

Dünən günorta saatlarında isə Asim Əliyevlə bir sürücü arasında insident yaşanıb. Belə ki, onun xidməti ərazisi olmayan yerdə sürücüləri saxladıb sənədlərini yoxladığını görən bir Gəncə sakini Asim Əliyevdən niyə ona aid olmayan yerdə maşınları saxladığını soruşub.

Bu zaman həmin şəxslə yol polisi arasında insident yaşanıb və Asim Əliyev əl ataraq adı və kimliyi bizə bəlli olan Gəncə sakinin “İPhone 5” telefonunu yerə salaraq sındırıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4436

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3037

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2426

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2035
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-04-2020 15:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru