Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Noyabr

2014
09:22
Bakıda təcili yardım maşını aşdı - FOTO - VİDEO

Bakıda özəl klinikalardan birinin təcili yardım maşını qəzaya uğrayıb. 

“FaktXəbər” APA-ya istinadən xəbər verir ki, hadisə Həsən Əliyev küçəsində qeydə alınıb. Azadlıq prospekti ilə kəsişmədə təcili yardım avtomobili "KİA" markalı minik maşını ilə toqquşub və aşıb.

Avtomobilin sürücüsü Ramiz İbrahimovun verdiyi məlumata görə, klinikanın həkimlərindən biri Sumqayıtda yol qəzasına uğrayıb və beyin xəsarəti alıb. Onu Bakıya gətirmək üçün tələsən təcili yardım avtomobili sayrışan işıqlarla və mikrofonla xəbərdarlıq edərək, yol kəsişməsində işıqforun qırmızı işığında hərəkətini davam etdirib. İşıqforun yaşıl işığında keçən "KİA" markalı avtomobil təcili yardım maşınına çırpılıb və ambulans aşıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

27

May
16:40
BÖLMƏNİ DÜZ SEÇ!
228

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
321

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
306
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 08:57





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru