Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Noyabr

2014
12:23
731
Ermənistan parlamenti Qarabağı müstəqil dövlət kimi tanımağa hazırlaşır

Ermənistan/ Bu gün Ermənistan parlamenti "Dağlıq Qarabağın və Ermənistan Respublikasının təhlükəsizliyinin təminatının əsas hərbi-siyasi konsepsiyaları haqqında" qanun layihəsini müzakirə edəcək. Sənəd müxalifətçi "İrs" fraksiyasının deputatı Zaruhi Postancyan tərəfindən təqdim olunub.

Parlamentin sədri Qalust Saakyan bildirib ki, layihə barədə xarici əlaqələr komissiyası hər hansı qərar qəbul etməsə də, sənəd parlamentin müzakirəsinə çıxarılacaq, çünki "İrs" fraksiyası bu layihəni təcili məsələ kimi təqdim edib.

Qanun layihəsində Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması, Ermənistanın və Dağlıq Qarabağın sərhədlərində digər dövlətlərin və beynəlxalq qurumların sərhəd, gömrük məntəqələri yerləşdirməsinin qadağan olunması, Ermənistanın onun müstəqilliyini məhdudlaşdıran hansısa struktura qoşulmasının istisna edilməsi və digər məsələlər nəzərdə tutulur.

131 deputatdan ibarət parlamentdə 4 yerə sahib olan "İrs" fraksiyası bu layihəni ilk dəfə 2009-cu ildə təqdim edib. Lakin çoxluğa malik Respublika Partiyası layihənin müzakirəsini əngəlləyib.APA

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
22

Valideynlərə XƏBƏRDARLIQ

21

May
11:50
AİLƏ, SAĞLAMLIQ
111

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
1857
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 12:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru