Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Noyabr

2014
11:54
Bakı yol polisindən müraciət: 3 gün avtomobillərdən istifadə etməyin

Bakı yol polisi son günlər paytaxtda yaranan tıxaclara aydınlıq gətirdi. Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun bildirdiyinə görə, Bakıda tıxacların yaranması paytaxtın mərkəzi küçə və prospektlərində aparılan əsaslı təmir işləri ilə bağlıdır.

Bu məqsədlə Bakı yol polisi müraciət edib ki, şənbə və bazar günü, o cümlədən Dövlət Bayrağı Günü ilə bağlı noyabrın 10-nun qeyri-iş günü olmasını nəzərə alaraq sürücülər maksimum dərəcədə şəxsi avtomobillərindən az istifadə etsinlər: “Bu günlər ərzində Bakının mərkəzi yollarında əsaslı təmir işlərinin aparılması, kommunikasiya xətlərinin dəyişdirilməsi, yeni asfalt-beton örtüyünün salınması işi sürətləndiriləcək. Sürücülərə də bu işlərin sürətlə aparılması üçün avtomobillərindən imkan daxilində istifadə etməmələri tövsiyə edilir”.Milli.Az

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4396

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3021

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2416

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2025
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-04-2020 10:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru