Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2014
14:57
1227
İnternat məktəbində nə baş verib?
Uşağın yandırılması gizlədilib, yoxsa körpənin xəstəxanaya aparılmasına ehtiyac olmayıb?

Noyabrın 5-də 11 saylı İnteqrasiya təlimli internat məktəbində 10 yaşlı uşağın yandırıldığı xəbəri yayıldı. Hadisə oktyabrın 29-u axşam 21:30-da baş verib. Yanıq xəsarəti almış 10 yaşlı Fateh xəstəxanaya aparılmadığından onun yanıqlarına infeksiya düşüb və açıq yaraya çevrilib. Hadisənin ardından Təhsil Nazirliyi açıqlama yayaraq bildirdi ki, oktyabrın 30-da məktəbin şagirdləri Surxay və Fateh çay içərkən ehtiyatsız hərəkət ediblər. Nəticədə, Fateh çiyin nahiyəsindən yüngül yanıq xəsarəti alıb. Hadisə baş verən kimi tərbiyəçi və dayə Fatehə ilk tibbi yardım göstəriblər. Yanıq kəskin dərəcəli olmadığından uşağın xəstəxanaya aparılmasına ehtiyac qalmayıb: "Hazırda uşağın səhhəti tam normaldır, dərslərdə iştirak edir və sinif yoldaşları ilə oynayır, eyni zamanda internat məktəbinin tibb bacısının gündəlik diqqət və qayğısı ilə əhatə olunub. Uşağın valideyni internat məktəbinin rəhbərliyi tərəfindən məktəbə dəvət olunub və məsələ ilə bağlı məlumatlandırılıb". 

Məsələ ilə bağlı Təhsil Nazirliyinin nümayəndələri internat məktəbində də olub. Sabunçu rayonu 14-cü polis bölməsinin əməkdaşı ilə birlikdə araşdırma aparılıb. Səhlənkarlığa yol verdiklərinə görə aidiyyəti şəxslər barəsində inzibati cəza tədbiri görülüb.

İnternat məktəbinin direktoru Gülnarə Abdullayeva bildirib ki, Fatehin vəziyyətinin deyildiyi kimi ağır olmayıb: "Fatehin yanıqlarına internatımızın tibb bacısı nəzarət edir. Uşağın xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmadığını düşünürük. Fatehin anası həkimdir. Təbii ki, uşağının yarası ilə o da məşğul olur, narahat olmağa dəyməz. Hadisə baş verən kimi anasını məlumatlandırmışam. Mənə hər bir uşaq əzizdir".

Azərbaycan Uşaq Fondunun Bakı şöbəsinin sədri, hüquq müdafiəçisi Teymur Rzayev isə deyilənlərin hamısını yalanladı. Hüquq müdafiəçisi mətbuata bildirib ki, 2004-cü il təvəllüdlü Quluzadə Fateh Rəfael oğlunun yanıq xəsarətləri alması ilə bağlı heç bir xəstəxanaya və polis bölməsinə məlumat daxil olmayıb: "Ən dəhşətlisi isə bu idi ki, bizə 10 yaşlı uşağın yatdığı yerdə yandırıldığını dedilər".

Uşaq Hüquqları Klinikasının rəhbəri Nazir Quliyevin fikrincə, bu cür hadisələr dövlət uşaq müəssisələrinin yenilənməsinə və ailə tipli proqramlara keçməsinə ehtiyac olduğunun sübutudur: "Bu müəssisələrdə olan uşaqların zorakılığa məruz qalması halları zaman-zaman gündəmdə olub. Ən pisi də belə zorakılıq faktlarını vaxtında müəyyən etmək və sübut etməyin çətinliyidir".

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə "Bizim Yol"a açıqlamasında internat evlərində uşaqların incidilməsi faktlarının yeni olmadığı qənaətində olduğunu deyib: " Bu həmişə olub. Sadəcə internatda oxuyan uşaqlar bu olayların işıqlandırılmasından qorxublar. Qanunvericilikdə əqli inkişafdan qalan uşaqların dedikləri sübut kimi qəbul edilmir. Buna görə də problem həllini tapmır, məsul şəsxlər cəzadan yayınır". 

Qeyd: Oxşar hadisə bu ilin sentyabrında da baş vermişdi. Mayın 20-də Suraxanıdakı sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbinin 2-ci sinif şagirdi Nahid Cavadovun müəlliməsi tərəfindən dəyənəklə döyülmə xəbəri yayılmışdı. Rəsmi qurumlar Nahidin yıxıldığını desələr də, uşağın mediada yayılan fotoşəkli və videomaterialda dedikləri əksini deyirdi. Uşağın döyülməsində adı hallanan məktəb direktoru Afaqət Əsgərova nə həmin gün, nə də sonrakı günlər jurnalistlərin zənginə cavab vermədi. Hətta internat evinə qədər getməyin də nəticəsi olmadı. Direktor məktəbdə olmadığını dedi. Daha sonra olayla bağlı cinayət işi açıldı. Sonda internat evi qapadıldı. Təhsil Nazirliyi internat evinin qapadılmasına səbəb kimi Prezident tərəfindən 2006-cı ildə dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) proqramını göstərdi». 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
163

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
98

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
127

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
160

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
193

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
184

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
739

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
557
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 19:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru