Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2014
12:37
1245
UEFA `Qarabağ`ı niyə sıxır?

"Qarabağ" "qara bazar" deyilən sindromu da yıxdı. İndi hər hansı bir qorxumuz da yoxdur ki, kimsə qanunsuz bilet buraxa bilsin".

Bu barədə "Qarabağ" klubunun meneceri Asif Əsgərov deyib. Klub rəsmisi qeyd edib ki, əvvəllər "qara bazar"la yanaşı, biletlərin kopyalanması ilə da rastlaşırdıq. İş o səviyyəyə çatmışdı ki, media bölümünə verilmiş biletlərin kopyası başqa bir mətbəədə çap olunub, saxta halda satılmışdı:

"Bu da bir yerə iki biletin olması ilə nəticələnmişdi. Bunu da nəzərə alaraq, bileti başqa bir yerdə, onun üzərinə vurulan holoqramı isə xarici ölkələrin birində çap elətdirdik. Həmin holoqramın üzərində "Qarabağ" loqosu var. Bu Azərbaycanda olan ən keyfiyyətli holoqramdır və kopyası qeyri -mümkündür. Yəqin ki, siz özünüz də şahidi olursunuz ki, "qara bazar" artıq demək olar ki, yoxdur. İndi hər hansı bir qorxumuz da yoxdur ki, kimsə qanunsuz bilet buraxa bilsin". 

Asif Əsgərovun sözlərinə görə, Avropa ilə müqayisədə biletlərin qiyməti Azərbaycanda çox ucuzdur və buna görə UEFA narazılığını bildirib:

"UEFA bizi sıxır ki, biletlərin qiymətini çox ucuz qoyursunuz. Amma, 2008-ci il təcrübəsindən də bilirsiniz ki, "Valetta" ilə oyunda hətta qapıları açdıq ki, azarkeşlər gəlib oyuna baxsınlar. Klub rəhbərliyi "Qarabağ"a könül verən azarkeşlərimizin komandalarına yaxın olması üçün əllərindən gələni edir. Amma, bəzi qanunlar var ki, onların da tələblərindən çıxa bilmirik. Buna görə kluba cəza verilir. Həmin dövrdə də xəbərdarlıq almışdıq. Şükür olsun ki, futbolumuz da inkişaf edir. Biz də komanda olaraq əlimizdən gələni edirik ki, bütün təbəqədən olan azarkeşlərimiz gəlib oyunu izləyə bilsinlər", - deyə klub rəsmisi söyləyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft yenidən ucuzlaşıb

22

May
09:21
İQTİSADİYYAT
77

Tələsən oğlan - VİDEO

21

May
22:04
NƏQLİYYAT
1650
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 10:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru