Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2014
10:31
Üsamə bin Ladeni öldürən hərbçi şəxsiyyətini açıqlayıb (FOTO)

ABŞ Hərbi Dəniz Qüvvələrinin “Dəniz Pişikləri” Xüsusi Təyinatlı Bölməsinin hərbi qulluqçusu Robert O'Nil Böyük Britaniyanın “Daily Mail” qəzetinə açıqlamasında bildirib ki, “əl-Qaidə” beynəlxalq terror təşkilatının lideri Üsamə bin Ladeni məhz o məhv edib.

38 yaşlı Robert O'Nilin müsahibəsi bu ay ABŞ-ın “Fox” telekanalında yayımlanacaq.

Onun sözlərinə görə, xidmətdən vaxtından əvvəl azad olunduğu üçün bir sıra sosial güzəştlərdən məhrum edilməsi səbəbindən şəxsiyyətini açıqlamaq qərarına gəlib. Keçmiş döyüşçü zəruri olan 20 il əvəzinə, 16 il xidmət edib.

Robert O'Nil Montana ştatında anadan olub və hələ də atası ilə birlikdə yaşayır. O, 19 yaşından orduda xidmət edib, 400 hərbi əməliyyatda, o cümlədən İraq və Əfqanıstanda iştirak edib. Dünyanın 1 nömrəli terrorçusunun məhv edilməsinə görə xüsusi mükafatla təltif olunub.

Qeyd edək ki, Üsamə bin Laden 2011-ci ilin mayında ABŞ xüsusi təyinatlılarının Pakistanın Abbotabad şəhərində keçirdiyi əməliyyat nəticəsində məhv edilib. “Əl-Qaidə” liderinin cəsədi dənizə atılıb.APA

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Tovuzda 3 nəfəri elektrik cərəyanı vurub

23

Yanvar
18:33
HÜQUQ,HADİSƏ
136

Qubada körpələr evi yanıb

23

Yanvar
18:25
HÜQUQ,HADİSƏ
166

Yanvarın 24-nə manatın məzənnəsi

23

Yanvar
17:30
İQTİSADİYYAT
175

Qaqarinin maşını satışa çıxarılır

23

Yanvar
17:15
DÜNYA
220
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-01-2020 19:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru