Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Noyabr

2014
17:33
Hərəkətə mane olan yol polisi siqnal səsinə söyüşlə cavab verdi - VİDEO

DYP əməkdaşı yolun ortasında dayanıb sıxlıq yaradır, irad tutan sürücüyə isə… Dövlət yol polisi əməkdaşı ilə sürücü arasında daha bir biabırçı dialoqun videosunu təqdim edirik. İlk növbədə, videomaterialda işlədilən söyüşə görə üzr istəyirik. Amma bu cür görüntülər həqiqətən də ürək ağrıdır. Axı, dövlət qulluqçusu, üzərində dövlətin atributlarını daşıyan polis əməkdaşı belə olmalı deyil. Polis səbrli, təmkinli, qanunları üstün tutan və qanunla davranan, vətəndaşları da qanunlara əməl etməyə çağıran biri olmalıdır. Amma bu kadrlardan görürük ki, 10 YP 376 dövlət nömrə nişanlı yol patrul xidməti avtomobili sürətlə hərəkət edərək yolayrıcında qəflətən dayanır. Arxadan siqnal verən sürücüyə isə hücum çəkərək onu təhqir edir. Elə sürücü də polisdən geri qalmır. Bir-birlərinə ağır söyüşlər söyürlər. Sonra isə hərə öz yoluna gedir. Göründüyü kimi, həm özü qayda pozur, yolu kəsir, qəza şəraiti yaradır, həm də adicə siqnal səsinə əsəbiləşib sürücüyə hücum çəkir. Bəs qanunlar harada qaldı, bəs yol polisinin keçdiyi təlimat necə oldu? Deyək ki, vətəndaş savadsızdır, kobuddur, qaydaları bilmir, bəs polisə nə olub?

Məsələ ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxladıq. Cənab Əsədov hal-hazırda Dubayda olduğunu bildirib, sualımızı cavabsız qoydu. Daha sonra, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevə müraciət etdik. DYP sözçüsü videoya baxandan sonra əlaqə saxlamasını desə də, sonradan telefonumuza cavab vermədi. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4396

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3022

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2416

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2025
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-04-2020 10:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru