Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Noyabr

2014
15:14
Bakı Baş Polis İdarəsinin rəisi dəyişdirildi

Bu gün Daxili İşlər Orqanlarında çox mühüm dəyişiklik baş verib. Daxili işlər naziri Ramil Usubovun əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəisi general – mayor Rafiq Abbasov vəzifəsindən azad edilib. FaktXəbər-in məlumatına görə, bu barədə “Qafqazinfo”ya xəbər DİN-dən daxil olub. Məlumata görə, nazirin digər əmri ilə R. Abbasov Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (bandotdel) rəis təyin olunub. 

R.Usubov Bakı polisinin yeni rəisi vəzifəsinə "bandotdel"in rəisi general-mayor Mirqafar Seyidovu təyin edib. 

AzNews.az-ın dəqiqləşdirməsinə görə, Rafiq Abbasov DİN-in Baş Kadrlar İdarəsinə, bu günlərdə nazir müavini təyin edilən İsmət Əliyevin yerinə təyin edilib. 

Bildirək ki, nazirlik hələlik məlumatları təsdiq etməyib. 

Daxili İşlər Nazrilyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəisi general-mayor Rafiq Abbasov vəzifəsindən azad edilməsi barədə onda hər hansı məlumatın olmadığını bildirib: “Bakı şəhər Baş Polis İdarəsinin rəisi general-mayor Rafiq Abbasovun vəzifəsindən azad edilməsindən məlumatsızıq. Bizdə bu barədə heç bir məlumat yoxdur”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4682

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3167

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2526

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2096
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-04-2020 10:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru