Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

©

04 Noyabr

2014
09:32
893
Paytaxtın Babək prospektində avtomobil yanıb- FOTO

Gecə saatlarında paytaxtda avtomobil yanıb. Hadisə Nizami rayonu Babək  prospektində qeydə alınıb. Prospektlə hərəkətdə olan "Daewoo" markalı avtomobil qəflətən yanmağa başlayıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, sürücü avtomobili yol kənarında saxlayaraq ərazidən uzaqlaşıb. Dərhal hadisə yerinə gələn  Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının qarşısını tez bir zamanda ala biliblər.

İlkin ehtimallara görə, yanğına avtomobilin elektrik naqillərində yaranan qısa qapanma səbəb olub. Yanğının qarşısı alındıqdan sonra avtomobil evakuator vasitəsi ilə ərazidən götürülüb. Nizami Rayon Yol Patrul Xidmətinin əməkdaşları avtomobilin sürücüsünün şəxsiyyətini və onun nə səbəbdən ərazini tərk etməsini araşdırır.

APA

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan Rusiyaya nota verib

15

Oktyabr
20:33
SİYASƏT
87

Dünyada ən sürətli enerji dolduran telefonu

15

Oktyabr
16:41
MARAQLIDIR
430

Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı

15

Oktyabr
16:23
HÜQUQ,HADİSƏ
120

İşdən çıxarılan rəisin yerinə təyinat

15

Oktyabr
14:23
HÜQUQ,HADİSƏ
72

Azərbaycan Ukraynaya nota göndərib

15

Oktyabr
14:21
SİYASƏT
74

Sabahın hava proqnozu açıqlanıb

15

Oktyabr
12:48
ÖLKƏ
111
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 09:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru