Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Oktyabr

2014
16:43
`07` ilə `avtoş`luq edən polis həmkarına tabe olmadı
Maşının təkəri çıxdıqdan sonra onu saxlaya biliblər

Azərbaycanda polis əməkdaşı avtoxuliqanlıq etdiyinə görə işdən qovulub. FaktXəbər-in “report”a istinadla verdiyi məlumata görə, Çevik Polis Alayının əməkdaşı, polis çavuşu Fərhadov Peyman Fərhad oğlu metronun “Qara Qarayev” stansiyasının yaxınlığında “VAZ 2107” markalı, dövlət nömrə nişanı olmayan avtomobili yolun əks istiqamətinə çıxmaqla sürüb. 

O, Dövlət Yol Polisi (DYP) əməkdaşlarının “saxla” əmrinə də tabe olmayıb. P.Fərhadovun idarə etdiyi avtomobilin təkəri çıxdıqdan sonra onun polis əməkdaşı olduğu məlum olub. 

P.Fərhadov vəzifəsindən kənarlaşdırılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 296-1.1-ci (Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə) maddəsi ilə iş qaldırılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4926

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3343

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2671

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2213
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2020 09:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru