Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Oktyabr

2014
09:55
İranla sərhədimiz tam açılır

Azərbaycan - İran arasında fəailiyyət göstərən Biləsuvar sərhəd buraxılış məntəqəsinin yaxın vaxtlarda 24 saat ərzində fəliyyət göstərməsi üçün hazırlıq işləri gedir.  İran tərəfi bildirib ki, buraxılış məntəqəsinin fasiləsiz faəliyyət göstərməsilə İran Biləsuvarında azad iqtisadi zona yaradılacaq.

Qeyd edək ki, qarşı tərəf bu təcürbə ilə hələ 9 il əvvəl Azərbaycanla həmsərhəd olan Culfa bölgəsində 53 min hektar ərazini əhatə edən "Araz" azad iqtisadi zonasını yaradıb.

İqtisadi zonada fəaliyyət göstərən müəssələr isə 20 il müddətinə vergi və rüsumdan azad edilib. Sərhəd buraxılış məntəqəsinin fasiləsiz fəaliyyəti Azərbaycan tərəfi üçün də sərfəli olacaq. İlkin olaraq yeni qaydalar buraxılış məntəqəsindən qarşı tərəfə keçən sürücülər, piyadalar və fasiləsiz çalışacaq iaşə obyektlərinin sahiblərini daha çox sevindirir.

Biləsuvar gömrük idarəsinin rəis müavini Mirrafiq Mirsulatonovun verdiyi məlumata görə, Azərbaycan tərəfi buraxılış məntəqəsinin fasiləsiz faəliyyət göstərməsinə texniki baxımdan tam hazırdır. Qurum rəsmisi əlavə edib ki, axşam nöbəsində çalışacaq heyət tam təşkil olunana qədər, hələ ki, bura digər buraxılış məntəqələrindən ezam olunmuş işçilərin cəlb olunması gözlənir.ANS

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
445

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
372

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
347
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 22:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru