Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Oktyabr

2014
10:19
Azərbaycanda yol polisi avtoqəzada öldü

Faktla bağlı araşdırma aparılır. Samuxda avtomobil aşıb. Samux rayon Prokurorluğundan FaktXəbər-ə verilən məlumata görə, hadisə bu gün axşam saatlarında rayonun Əhmədbəyli kəndi ərazisində baş verib.

Samux rayon sakini, 1990-cı il təvəllüdlü Həmzəyev Rza Rövşən oğlu idarə etdiyi “VAZ 2109” markalı avtomobillə hərəkətdə olarkən avtomobili aşırdıb. Qəza nəticəsində ağır bədən xəsarətləri alan R. Həmzəyev Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasında verilən məlumata görə, Rza Həmzəyevin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.

Məlumata görə, Rza Həmzəyev Samux rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşıdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4524

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3105

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2466

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2050
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-04-2020 04:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru