Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Oktyabr

2014
10:15
Polisin yeni elektroşoku bizə necə təsir edəcək - VİDEO

Cinayətkarlarla mübarizədə yeni üsuldan istifadə edilə biləcək. Elektroşokdan. Yeni üsulunu tədqiqinə keçməzdən əvvəl nəyi bilməyliyik. Onun insanlarin səhhətinə mənfi təsiri ola bilərmi?

ANS TV-nin məlumatına görə, Milli Məclisin iclasında “Polis haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarıldı. Diqqət çəkən məqamlardan biri gələcəkdə polis işçilərinə elektraşokdan istifadə etməsinə imkan verən bəndin olması idi.

Yeni qəbul olunan bu layihə qısa zamanda əks səda doğurdu desək yanılmarıq. Düzdür ilk baxışdan elektroşokun cinayətkarların və ya şübhəli şəxslərin tutulmasında istifadə edilməsi yenilik deyil. Dünyanın bir sıra ölkələridə bu vasitəyə müraciət edilir. Amma məsələ bundadır ki, elektroşoklar bizim cəmiyyət, o cümlədən polis əməkdaşları üçün yenidir. İndi qarşıda duran əsas məsələ onların bu vasitələrdən düzgün istifadə etməyi bacarmalarıdır.

Sabiq polis rəisi Mahmud Hacıyev deyir ki, bir neçə demokratik sivil dövlətlərdə var qoy bizdədəd olsun: 

“Bundan artıq istifadə edərkən səlahiyyət çərçivəsini aşmaq, hakimiyyət səlahiyyətlərindən suiistifadə etmək, qanuna düzgün əməl olunacaqmı. Bu artıq 3-cü konteksdən yanaşmadır”.

Məsələnin digər tərəfi elektroşokların insan səhətinə olan təsiridir. Araşdırmalar göstərir ki, bu vastələr bəzi insanların sağlamlığına mənfi təsir göstərir. Əsasən sinir sistemini zədəliyir və insanın iflic olması ilə nəticələnə bilir.

“Bu öldürücü silahlar kimi getmir, amma ürəyi zəif olan insanlara bu tədbiq olunsan o ölə bilər” – deyə həkim İbrahim Əsədli bildirib.

Milli Məclisdə irəli sürülən qanuna dəyişiklikdə elektroşok vasitələrini gəzdirmək, saxlamaq və istifadə etmək məsələləri ilə DİN-nin məşqul olacağı və nazirliyin nəzdində xüsusi bir qurumun yaradılacağı bildirilir. Qanun layihsində bu vasitələrin kimlərə təbiq olunacağı da göstərilir. İnsanın həyat və sağlamlığı üçün təhlükə yarandıqda, şübhəli şəxsin saxlanılması və tutulmasında, kütləvi iğtişaşlarda, həbs olunanları müşayiət etdikdə polis əməkdaşlarının elektroşokdan istifadə etməsinə icazə veriləcəyi qeyd olunur. Ortaya bir sual çıxır. Şübhəli olan şəxsin günahı sübuta yetirilməsə və ona bəraət verilsə necə. Güc strukturları şübhələndikləri şəxsə qarşı fiziki təyziq göstərərlərsə və sonrdan bu şübhələri özünü doğrultmazsa, həmin şəxs hansı addımları ata bilər. 

“Azərbaycan vətəndaşlarının hər birinin hüquq və azadlıqları Konstitutsiya ilə qorunur və insanların toxunulmamazlıq hüququ var. Bu günkü qüvvədə olan qanunvericilik imkan verəcək ki, gələcəkdə belə hallar baş verərsə vətəndaşlar polis əməkdaşlarına qarşı xüsusi iddia ilə çıxış edə bilər və ona dəyən maddi və mənəvi zərərə görə kompensasiya ala bilər” – deyə millət vəkili Çingiz Qənizadə vurğulayıb.

Mütəxəssislər elektroşakdan istifadə edəcək olan polis zabitlərini ilk növbədə bu vasitələr haqqında məlumatlandırmağı və mütamadi olaraq onlara məşqələlərin keçirilməsini vacib sayır. Ümüd edək ki, bu qanun qüvvəyə mindikdən sonra polis əməkdaşlar bu vasitədən düzgün istifadə edəcək. Bunu isə artıq zaman göstərəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4678

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3167

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2526

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2096
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-04-2020 08:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru