Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Oktyabr

2014
09:34
Yol polisləri `avtoş`un əl-qolunu bağlayıb zorla apardılar – ŞOK VİDEO

Oxuculardan biri Avtosfer.az saytına yol polisləri ilə sürücü arasında əlbəyaxa mübarizəni əks etdirən video göndərib. Video həmçinin, «Stop. Xam Azərbaycan» adlı facebook səhifəsində də yayılıb. Bildirilir ki, bu hadisə Binəqədi rayonu ərazisində baş verib. Videoda görünənlər isə Binəqədi rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarıdır.

Məlumata görə, yol polisləri «avtoş»luq edərək polisə tabe olmayan sürücünü körpünün altında saxlaya biliblər. Sürücü onlara müqavimət göstərib. Polislər də güc tətbiq etməklə onun əl-qolunu bağlayıb aparıblar. Maraqlıdır ki, üç yol polisi ilə yanaşı bir nəfər də mülki şəxs bu prosesdə iştirak edir. Amma onlar saxladıqları şəxsi güclə zərərsizləşdirə bilirlər. Videodan aydın olur ki, ətrafdakı insanlar yol polislərinin bu hərəkətinə hiddətləniblər.

Avtosfer.az saytı xatırladır ki, «Polis haqqında» Qanunun 17-ci maddəsinə uyğun olaraq polis əməkdaşı Qanunla müəyyənləşdirilmiş qaydada və hallarda fiziki qüvvə işlətmək, habelə xüsusi vasitələr və odlu silah saxlamaq, gəzdirmək və onları tətbiq etmək hüququna malikdir. Bu Qanunun 36-cı və 37-ci maddələrində fiziki qüvvənin tətbiqinin qaydası və şərtləri təsbit edilib. Qanunvericiliyin tələbinə əsasən, hüquq pozuntusuna yol vermiş şəxs polis əməkdaşının qanuni tələblərinə tabe olmadıqda (məsələn, sənədlərini təqdim etməkdən imtina etdikdə, qaçmaq istədikdə, qanunsuz hərəkətlərini davam etdirdikdə və s.) əməkdaş onun tutulması üçün fiziki qüvvədən istifadə edə bilər. Hətta fiziki qüvvə yetərli olmadıqda, yaxud həmin şəxs təhlükəli hərəkətlər etdikdə qanunda müəyyən olunan tələblərə ciddi riayət etməklə xüsusi vasitələrdən (qandallardan, dəyənəkdən, tabel silahından və s.) istifadə oluna bilər. Lakin qanunun birmənalı tələbinə əsasən tətbiq olunan fiziki qüvvə və xüsusi vasitələr şəraitə, qanunazidd davranışa yol verən şəxsin hərəkətlərinə və s. uyğun olmalıdır. Məsələn, müqavimət göstərən şəxs fiziki qüvvənin tətbiqindən sonra müqavimət göstərməyi dayandırdısa, onun döyülməsinə və başqa bu kimi hərəkətlərə yol verilməməlidir. Hər bir halda qanunu pozan şəxsə tətbiq olunan fiziki qüvvə onun şərəf və ləyaqətini alçaltmağa yox, müstəsna olaraq belə şəxsin hüquqazidd davranışını neytrallaşdırmağa yönəlmiş olmalıdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3981

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2842

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2277

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1917
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-04-2020 14:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru