Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

23 Oktyabr

2014
09:18
1321
Çempionlar Liqasında III turun yekunu - NƏTİCƏLƏR - VİDEO

Bu dəfə digər – A, B, C və D qrupunda mübarizə aparan komandalar meydana çıxıb.

Günün ən maraqlı oyunlarından biri İngiltərənin Liverpul şəhərində baş tutub. Burada şəhərin eyni adlı komandası qitə miqyaslı ən nüfuzlu klub turnirinin son qalibi “Real”la üz-üzə gəlib. “Kral” klubu” növbəti 3 xalına sevinmək üçün çətinlik çəkməyib. Matç 0:3 hesabı ilə madridlilərin xeyirinə başa çatıb.

Azərbaycanlı futbol azarkeşlərinin diqqəti isə İstanbula yönəlib. 2 oyundan sadəcə 1 xal qazanan “Qalatasaray” dogma azarkeşləri önündə qrup lideri Dortmund “Borussiya”sını sınağa çəkib. Növbəti mərhələyə adlamaq üçün “Cim-Bom” “Türk Telekom Arena”da almanlara gücünü göstərməyi bacarmayıb. “Aslanlar” rəqibi qarşısında aciz qalıb – 0:4

Digər görüşlərdə isə “Anderlext” “Arsenal” 1:2, “Yuventus” “Olimpiakos”a 0:1, “Zenit” “Bayer”ə 0:2, “Bazel” “Ludoqorets” 0:1 hesabı ilə uduzub. “Atletiko”  “Malmö”ni darmadağn edib. Gecənin yeganə matçı “Monako” - “Benfika” görüşündə hesab açılçayıb – 0:0.

Çempionlar Liqası

III tur

22 oktyabr (çərşənbə)

A qrupu

“Olimpiakos” – “Yuventus" - 1:0

Qol: Kasami, 36

"Atletiko” – “Malmö” - 5:0

Qollar: Koke, 48, Mandzukiç, 61, Qriezmann, 63, Çerci, 90+3

B qrupu

“Liverpul” – “Real” - 0:3

Qollar: Ronaldo, 23, Benzema, 30; 41

“Ludoqorets” – “Bazel” - 1:0

Qol: Minev, 90+2

C qrupu

“Bayer” – “Zenit” - 2:0

Qollar: Donati, 58, Papadopoulos, 63

“Monako” – “Benfika” - 0:0

D qrupu

“Anderlext” – “Arsenal” - 1:2

Qollar: Nayar, 71 - Gibbs, 89, Podolski, 90+1

“Qalatasaray” – “Borussiya” - 0:4

Qollar: Aubameyanq, 6; 18, Roys, 41, Ramos, 83

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 22:38

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru