Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Oktyabr

2014
16:30
SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! Azərbaycanda bu yollar pullu olacaq - VİDEO

Avtomobil yolları haqqında qanuna dəyişikliyə əsasən dövlət mülkiyyətində olan ödənişli avtomobil yollarında qiyməti Tarif Şurası müəyyənləşdirəcək. 

ANS TV-nin məlumatına görə, qanun 2000-ci ildən mövcuddur. Lakin onun ödənişli avtomobil yolları ilə bağlı hissəsinin təqbiqindən hələki söhbət gedir. Dünyanın əksər ölkələrində pullu yollar yaradılsa da, Azərbaycanda belə bir praktika yox səviyyəsindədir. Lakin bir müddət öncə rəsmi olmasa da, Bakı-Qazax, Bakı- Astara istiqamətinə gedən sürücülər Dairəvi yol təmir olunduğundan ticarət mərkəzində 50 qəpik pul ödəyərək yoluna davam edirdilər. Amma bu bir sınaq idi. Hər halda sürücülər bu yolu Lökbatandan dövr etməklə və ya Bayıldan da gedə bilərdilər. Bundan başqa İçərişəhərə avtomobillə giriş pulludur. Düzdü ərazi tarixi-qorunan məkan olduğu üçün bu addım atılıb. Aamma sürücülər pulu rahatlıqla ödəyirlər

Pullu avtomobil yollarında əsas məsələ sürətin təmin edilməsi və sürücülərin təhlükəsizliyinin təminatıdır. Azərbaycanın həm iqtisadi potensialı həm relyefi bu cür yolların tikinlməsinə imkan verir. Hazırda ölkədə tikintisi gedən bir neçə yolun pullu olacağı istisna edilmir. Bakı- Quba- Rusiya yoluna alternativ 60 kilometrlik avtomobil yolu ödənişli ola bilər. Ələt- Astara istiqamətdə mövcud yola alternativ çəkilən magistral da pullu olması mümkündü. Hələlik rəsmi qərar yoxdu. 

Nəqliyyat üzrə ekspertlər düşünür ki, bu layihə milyonlarla vəsait tələb edir. Dövlətin dəstəyi ilə bərabər alternativ mənbələr, özəl şirkətləri, xarici bankları yol tikintisinə cəlb etmək olar.

Nəqliyyat eksperti Rauf Məmmədov deyir ki, elə başa düşməsinlər ki, bütün yollarda vergi tutulacaq. Onun sözlərinə görə, qiyməti aşağı etməklə intensivliyi altırmaq, baha etməklə isə o yolları boş qoymaq olar. 

Dünyanın əksər ölkələrində, qonşu Rusiya, İran, Türkiyədə ödənişli yol və körpülərdən istifadə olunur.Gün ərzində Bogaziçi və Fatih Sultan Mehmət Körpüsündən 3 milyondan artıq nəqliyyat vasitəsi keçir. Sürücülər nəqliyyat vasitələrinə görə 1 manat 30 qəpiklə 15 manat arasında pul ödəyirlər. Hər il ödənişli yollardan dövlət büdcəsinə 300 milyon manat vəsait daxil olur. Azərbaycan hökuməti isə təkcə 2015-ci ildə avtomobil yollarının tikintisinə 290 milyon manat vəsait ayırıb. Ötən il bu rəqəm 214 milyon olub. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 70 dolları keçdi

13

Dekabr
23:23
İQTİSADİYYAT
178

Daşkəsəndə 38 yaşlı şəxs özünü yandırdı

13

Dekabr
21:37
HÜQUQ,HADİSƏ
209

Qubada məktəb binası yandı

13

Dekabr
19:20
ÖLKƏ
226

“Qarabağ veteranı” adıyla 135 min mənimsədi

13

Dekabr
15:08
HÜQUQ,HADİSƏ
324
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2019 03:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru