
FaktXəbərin verdiyi məlumata əsasən, “Chitika” şirkəti ötən və cari aylar ərzində internet istifadəçiləri tərəfindən həyata keçirilmiş 160 milyondan çox axtarış sorğuları haqqında məlumatın təhlilinə əsaslan araşdırmanın nəticələrini açıqlayıb. “Linux” açıq əməliyyat sistemi ilə idarə olunan kompüter istifadəçilərinin 95%-i internetdə axtarışı “Google” servisləri vasitəsilə həyata keçirməyə üstünlük verirlər. “Microsoft Bing” servisinə üstünlük verənlərin “Linux” birliyində payı çox azdır – cəmi 0,8%. Açıq platformanın istifadəçilərinin 3%-i “Yahoo!” ilə işləyir. Analoji vəziyyət həmçinin “Mac OS X” əməliyyat sistemində müşahidə olunur. Bu platformanın istifadəçilərinin 93%-i “Google”, 5%-i isə “Yahoo!”-ya üstünlük verir. Burada “Bing”-in payı təxminən 1,1%-ə bərabərdir. “Windows” proqram platformasında “Microsoft”-un axtarış servisinin istifadəçiləri bir qədər çoxdur – 8%. “Google” və “Yahoo!”-nun bazar payları isə müvafiq olaraq 78,5 və 10,4% təşkil edir. Ümumiyyətlə, “StatCounter” şirkətinin statistik məlumatlarına əsasən iyul ayında dünya internet-axtarış bazarında “Google”-nin payı 89,2% təşkil edir. “Microsoft” və “Yahoo!”-nun ötən ay ümumi payları 8,8% olub.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO